10:42 31.12.2016 675

Xoruzlu futbol düşüncələri - virtual söhbət

İmamverdi kişini çoxdan tanıyıram. Bərk futbol azarkeşidi. Dekabrın 1-dən başlayıb vurmağa, deyir, Yeni İli qarşılayıram. İki həftədən çoxdu, qarşısına çıxan hər kəsi bayram münasibətilə təbrik edir. 


Bu bayram səhəri təsadüfən yenə rastlaşdıq. Damağında siqaret, qoltuğunda da bir xoruz... Ha istədim, bir bəhanəylə aradan çıxam, alınmadı. Yarım saat futboldan danışandan sonra inandırmağa çalışdı ki, xoruzla tez-tez dərdləşir. Pelenin (quşu belə adlandırırdı) dünya görüşündən, həyata baxışından, futbolla nəfəs almasından necə ağızdolusu söz açdısa, “Xoruz ili”ndən sehrli xoruzun nə gözlədiyini, futbolumuzla bağlı hansı proqnozları verdiyini gözümlə görmək, qulağımla eşitmək istədim. Bu dəm Pele sahibinin qoltuğundan yerə sıçradı, sinəsini qabağa verib çırpındı, durdu düz qabağımda.   


- Sən danışırsan, Pele?

- Əlbəttə. Üstəlik, banlaya da bilirəm. Yumurtadan çıxandan futbola baxıram, arada da variant yazıram. Sabah İmamamverdi kişiyə yem olum,yalan deyirəmsə, mənimki vergidi. Nə soruşursansa, soruş.


- Bu devalvasiyanın, banklara dollarla kredit borcu olanların sonu...

- Bəlkə bu gün ağlamayaq, bayramdı axı. Sənə futbol lazım deyildi bəs? 


- Yaxşı, bizim tarixində ilk dəfə 4 oyuna 7 xal toplayan yığma ardını gətirəcəkmi?

- Arada pipiyim kimi qızaran Robert Prosineçki bəxtli adamdı. O oyunla xorvatın komandası 7 xal yığıbsa, şans onunladı. Şimali İrlandiyayla oyun göstərdi ki, seçmə döyüş başlamamış uduzan xoruz imicindən qurtulmayıb. Savaşa məğlub ruhla çıxsan, yekunda dimdiyini sındıracaq, pipiyini qanadacaqlar. Siz insanların diliylə desək, burnunu ovacaqlar. Ardını gətirmək üçün inama ehtiyac var. Futbolçularımıza xoruz aqressivliyi, qələbə banı arzulayıram.


- Qələbə banı?

- Hə. Yəni zəfər nəğməsi. Milli Rusiya 2020-yə qatılsa,it kimi hürərəm. Amma məntiqəuyğun qələbələrin hər biri üçün xüsusi avazla banlamağa hazıram. Doğrudu, bəziləri yığmanın DÇ-yə qatılmasını  reallığa uyğun arzu sayır. Belələrindən deyiləm. Xoruz olsam da, küyə düşənləri təmkinə səsləyirəm: cip,cip,ciiiiiiip... Reallıqdan uzağa getməyin. 


- Futzal millimiz planetin onuncusudu xəbərin var?

- Bu bilirsən nəyə oxşayır? Sanki qonşudan götürdüyün qara cücələrin içinə 2 ağ cücə qatıb, “Ağ Cücələr” klubu yaratmısan. Braziliya yığmasıdı, içərilərində hərdən bizimkilərə də rast gəlinir. Razılaşaq ki, futzal ölkəsi adını legionerlərin hesabına daşımağa hazırıq. Bir tərs xoruz inadıyla... Azı daha bir azərbaycanlını futzal millimizin start “beşliy”ində görmək ümidiylə. 


- Bəs legioner həyatı yaşayan azərbaycanlılar? Kamran Ağayevdən, Emin Mahmudovdan, Ramil Şeydayevdən heç nə demədin...

- Ölkəsini ana toyuğun qanadlarının altı bilən “cücələr”in təfəkkürü dəyişməlidi. Kamran Ağayevin atası üçün darıxdığını, meyxana qafiyələri üçün qəribsədiyini eşidəndə, mahmızlarım qaşındı. Şeydayev... Bu uşaq Azərbaycana gəlmək məcburiyyətində qalıbsa, heç nə... Təki gəlməsin.


- Yılmaz yaddan çıxdı...

- “Yılbaşı”nda Yılmazdansa hakimbaşından deyim. Xaqani Məmmədov alayarımçıq personadı. Üstünə düşməyə dəyməz. Ya bildiyini söyləmir ya da nə söylədiyini bilmir. Futbol klublarının hakimlərlə hələ çox dimdik-dimdiyə, pardon, kəllə-kəlləyə gələcəyinə əminəm.  Məmmədova sədr qətiyyəti, ədalət təmsilçilərinə ədalət arzulayıram. 


- Bu il “Qəbələ” “Qarabağ”la birincilik döyüşündə uğur qazanmağa daha yaxındı. Hədəfə qırmızı xoruz kimi köklənən “qırmızı-qaralar” bacaracaqmı?

- Yekunda necə olacağını bilirəm. Deməyəcəm... Niyə marağınız qaçsın ki...


- Heyətini yeniləmək yolunda dəridən-qabıqdan çıxan “Neftçi” özünə bənzəyəcək?

- Onların bu günə düşməsinə ilin,saatın,ayın aidiyyatı yoxdu. Nə xoruzun, nə dinozavrın! Ordakılar danla ban arasındakı duyğusal yaxınlığı anlayanda hər şey köhnə vəziyyətinə qayıdacaq. Bu başqa məsələ ki, neft durunca, “Neftçi” duracaq. 


- Bir az qəliz oldu elə bil...

- 6-cı hissimə güvənirəm, elitadan düşməyəcəklər! Məncə, ən sadə və etibarlı proqnozdu. İncimə, futboldan da vacib söhbətlərim var. Hələ bir il qulluğunuzdayam. Arada gələcəm, söhbətləşək.


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

Facebookdan bizi izləməyi unutmayın.
X