"Tuzlaspor"la kubok qarşılaşmasında qırmızı vərəqə ilə meydandan qovulan Yasin Öztekin rəhbərliyin və məşqçilər korpusunun qəzəbinə tuş gəlib.
Fanat.Az xəbər verir ki, Öztekinin komandasını azlıqda qoyması 2:3 hesablı məğlubiyyətin əsas səbəbi kimi qiymətləndirilib. Məşqçilər korpusunun raportundan sonra "Qalatasaray" rəhbərliyi Yasnin qeyi-müəyyən müddətə heyətdən kənarlaşdırılmasına qərar verib.
Xatırladaq ki, Yasin Öztekin "Qaziantepspor"la oyunda qol vurduqdan sonra polislərlə qucaqlaşmasıyla alqış qazanmış, Türkiyədə qəhrəman elan olunmuşdu.
Onu da qeyd edək ki, "Qəbələ"nin Yasin Öztekin üçün 3,5 milyon avro təklif etdiyi bildirilir.
Fanat.Az