Yaxşı futbolçunun sabit oynaması məşqçilər və azarkeşlər üçün olduqca vacibdi. Fanat.Az kollektivi olaraq Premyer Liqanın geridə qalan 14 turunda komandasına sabitliyi ilə fayda verən, ən çox oyun keçirən futbolçuların rəmzi “11-liy”ini hazırlamağı uyğun saydıq.
Öncədən vurğulayaq ki, 4-5-1 taktiki düzümünə uyğun hazırlanan sxemdə yer alan oyunçular statistik göstəricilərə görə öz mövqelərinin şəriksiz lideridir.
Qapıçı: Dmitri Bezotosnı (Qəbələ).
Mərkəz müdafiəçiləri: Zurab Xizanişvili (İnter), Voislav Stankoviç (Qəbələ).
Cinah müdafiəçiləri: Ansi Aqolli (Qarabağ, sol), Maksim Medvedev (Qarabağ, sağ).
Dayaq yarımmüdafiəçiləri: Ruslan Abışov (İnter), Riçard Almeyda (Qarabağ).
Yarımmüdafiəçilər: Ağabala Ramazanov (İnter, sol), Filip Ozobiç (Qəbələ, mərkəz), Dani Kintana (Qarabağ, sağ).
Hücumçu: Dino Ndlovu (Qarabağ).
Fanat.Az