Millimizin üzvü Pavel Paşayev "Neftçi"yə keçir. Fanat.Az xəbər verir ki, 28 yaşlı müdafiəçi artıq klubla razılıq əldə edib.
Pavelin yaxın günlərdə ictimaiyyətə təqdim ediləcəyi deyilir. Onunla 1,5 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Pavel cari mövsümün ilk yarısında Ukraynanın "Stal" klubunda keçirib. O, Ukrayna klubunun heyətində 18 rəsmi oyuna çıxaraq 1614 dəqiqə oynayıb. Ötən mövsümü "Qəbələ"də keçirən müdafiəçi Ukraynanın "Dnepr", "Krivbas" və "Metallurq" klublarında forma geyinib.
Fanat.Az