“Dekabrda “Neftçi”dən təklif almışdım. Azərbaycan klubuyla müqavilə bağlamağa çox yaxın idim”. Fanat.Az xəbər verir ki, bu sözləri Rusiya “Tom”undan yenicə ayrılan və hazırda azad agent statusu daşıyan Lukaş Droppa deyib.
Rusiyaya qayıtmaq haqda düşünməyən çex yarımmüdafiəçi daha sonra əlavə edib: “İnternetdə baxdım ki, komanda turnir cədvəlinin son pillələrində qərarlaşır. Cəlbedici təklifə rəğmən, fikrimdən daşındım. “Neftçi” böyük ənənəsi olan klubdu. Təəssüf ki, yaxşı günlərini yaşamır. Niyə Azərbaycanın autsayder komandasına keçməliyəm ki? “Qarabağ”dan təklif alsam, “hə” deyərəm”.
Fanat.Az