Araz Abdullayevi heyətə qatmaqla çempionluq iddiasını bir daha ortaya qoyan “Qəbələ”nin növbəti transferinin legioner olacağı bəllidi. Fanat.Az xəbər verir ki, klub bir neçə futbolçuyla danışıq aparır. Ancaq bu gün üçün hələ heç nə dəqiqləşməyib.
Komandanın meneceri Səbuhi Səfiyarlını dinləyək: “Əlbəttə ki, çempionluğa yaxın olduğumuzu bilirik. Yeni legionerlə güclənmək istəyimizi də açıqlamışıq. İş ondadı ki, Azərbaycanda oynamağa razılaşan və səviyyəli əcnəbi tapmağın çətinlikləri var. Söhbət paytaxt yox, bölgə klubundan gedirsə, bu yöndə daha çox problemlərlə üzləşirik. Sizə bir fakt deyim: elə olub ki, istədiyimiz futbolçu bura gəlməkdənsə, Qazaxıstan çempionatına getməyi üstün tutub. Qazaxlar hazırda əcnəbilərə daha çox pul verir. Yəni reallıq budu. Qarşıda Türkiyə toplanışı var. Düzdü, qışda seçim imkanı o qədər də geniş olmur. Amma nəzərdə tutulan transferi reallaşdırmaqda qərarlıyıq. Ən münasib variant üzərində dayanacağıq. Potensial yenilərin adını indidən açıqlamağı məqsədəuyğun saymıram”.
Fanat.Az