“Neftçi”nin müdafiəçisi Rahil Məmmədov bu gün Türkiyənin İstanbul şəhərinin "Acıbadəm” xəstəxanasında bir çiynindən əməliyyat olunacaq.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, 1 aydan sonra isə futbolçunun digər çiynində cərrahiyyə əməliyyatı aparılacaq.
Rahil Məmmədovun əməliyyatdan sonrakı bərpa müddəti 4-6 aydı.
Eyni xəstəxanada olan “ağ-qaralar”ın digər futbolçusu Kamran Nəcəfzadənin isə müayinədən sonra əməliyyat olunması planlaşdırılır.
Fanat.Az