19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının hazırlıq planı bəlli olub. Fanat.Az xəbər verir ki, yığmamız sabah təlim-məşq toplanışına start verəcək.
Millimiz ayın 12-ə qədər Bakıda hazırlıq keçəcək. Toplanışda 18 futbolçu iştirak edəcək:
Samirə Vəliyeva (“Araz”), Rövşanə Sərdarlı (“Fidan”), Firəngiz Teymurova (“Konak Bellediyespor” İzmir, Türkiyə), Nino Qurgenidze (“Martve”, Kutaisi, Gürcüstan), Cəmilə Hüseynova (“Məşəl”), Zülfiyyə Əliyeva (“Mingəçevir”), Sevinc Fəttazadə, Aygün Qurbanzadə (hər ikisi “Qəbələ”), Ayşən Əhmədova, Arzu Əliyeva, Aliyə Hüseynli, Vüsalə Seyfətdinova (hamısı “Sumqayıt”), Nigar Abdulova, Vüsalə Hacıyeva, Nərmin Həsənova, Həqiqət Qasımova, Aynur Zeynalova (hamısı “Təhsil”), Leyli Qurbanova (“Zaqatala”).
Fanat.Az