"Qarabağ" yeni futbolçu transferini açıqlayıb. Fanat.Az xəbər verir ki, milli komandanın yarımmüdafiəçisi Ağabala Ramazanovla 1.5 illik müqavilə imzalanıb.
24 yaşlı oyunçu 2017/18 mövsümünün sonuna qədər Qurbn Qurbanovun sərəncamında olacaq. Ramazanov bu gün komandanın Antalyada keçrilən təlim-məşq toplanışına qoşulub.
Qeyd edək ki, Ağabala Ramazanov "Qarabağ"a "İnter"dən azad agent kimi keçib. O, karyerası ərzində "Neftçi", "Xəzər Lənkəran", "Sumqayıt" komandalarında çıxış edib.
Fanat.Az