Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək Valentin Qranatkinin xatirə turnirində iştirak edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb.
Fanat.Az AFFA-nın saytına istinadən xəbər verir ki, 1999-cu il təvəllüdlü futbolçulardan ibarət millimizin heyətində “İnter” və “Neftçi” klublarının futbolçuları çoxluq təşkil edir. Belə ki, 20 nəfərlik siyahıda “İnter”in 6, “Neftçi”nin isə 5 üzvünün adı var:
Kamran İbrahimov, Rəhman Daşdəmirov, İbrahim Əliyev, Bahadur Həziyev, Pilağa Mehdiyev (hamısı “Neftçi”), Murad Qayalı, Yusif Həsənov, Ricat Qarayev, Ceyhun Muxtarlı, İbrahim Qədirzadə, Rafael Məhərrəmli (hamısı “İnter”), Süleyman Əhmədov (“Sumqayıt”), Murad Popov, Əli Sadıxov, Fərid Nəbiyev (hamısı “Qəbələ”), Hüseyin Seylığlı, Mətin Gülər (hər ikisi “Beşiktaş”, Türkiyə), İsmail Karakaş, Doğukan Öksüz (hər ikisi “Trabzonspor”, Türkiyə), Barış Ekincier (“Rot-Vayss Essen”, Almaniya).
Fanat.Az