“İlk oyunumuzu keçirdik. Hazırda fiziki hazırlıq üzərində işləyirik. Komanda yaxşı təsir bağışladı”. Fanat.Az klubun saytına istinadən xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev deyib.
“Sivasspor”la heç-heçə oynayan (0:0) bakılıların çalışdırıcısı daha sonra əlavə edib:
“Bir neçə yeni futbolçu transfer olunub, onların da çıxışından razı qaldım. Bu oyun bir daha göstərdi ki, seleksiya işimiz düzgün qurulub. Təbii ki, bir oyunla heç nə demək olmaz. Qarşıda yoxlama görüşlərimiz var. Düşünürəm ki, oyundan-oyuna daha yaxşı olacaq və bu çıxışımızı çempionatda da davam etdirmək istəyirik”.
Fanat.Az