10:40 10.01.2017 756

Asanlıqla dəyişən gündəm

Fuad Musayevi ziyarətim, həmin ziyarətdən hazırladığım yazı gündəmi dəyişdirdi. Əslində, elə belə olacağını da gözləyirdim. AFFA-nın hazırkı rəhbərliyi bütün resurslarını işə saldı. Həmkarlarımız arasında işini-gücünü buraxıb, bütün günü Musayevin əleyhinə təbliğat aparanlar da tapıldı. Faktiki bu ölkənin siyasi hakimiyyətində 3 ya 4-cü dərəcəli çəki sahibi olmuş Musayevin keçmişini qurdalayanlar, onun futbolumuzun problemlərindən danışmağı haqqı yoxdu deyənlər dünən bütün günü sosial şəbəkələri zəbt etmişdilər. Hamısına cavab verməyə, virtual savaşa girməyə nə həvəs vardı, nə də zaman. 


Bu səbəbdən də susqunluğumuzu qorumağa, təmkinli davranmağa məcbur idik. Bir jurnalistin bir funksioneri danışdırmasından, gizlin qalan həqiqətlərin üzərini aytınlatmağa çalışmasından doğal olan nəsə varmı? Bizim kimi bu ölkədə bir xeyli jurnalist var. Mənim qələmə aldığım müsahibədə nəsə xoşuna gəlməz, mövzunu davam etdirərsən. Maşallah, Fuad müəllim sağ-salamat evindədi, arayarsan-görüşərsən, istədiyin suala da cavab taparsan. Məlum yazının giriş hissəsində xüsusiylə vurğulamışdım, mən Fuad bəyin qapısını sual-cavab etmək, müsahibə almaq üçün döyməmişdim. Məqsəd xarizmasına hörmət bəslədiyim ağsaqqal bir kişiyə baş çəkmək, 15 gün əvvəl görüşdüyümüz bir tədbirdə yarımçıq qalan ürək sözlərini dinləmək idi. Danışdıqlarımız, hərdən bir sözünü kəsib ünvanladığım suallara verdiyi cavablar əsasında dəyərli oxucularımıza maraqlı bir yazı təqdim etməyə çalışdım. Məqsədimə nail oldum. Özü də hərtərəfli. Yazının başlığında zatən “Fuad Musayevdən gündəmi dəyişəcək “yol xəritəsi” yazmamışdıqmı? Gündəmi dəyişdirməyi bacardıq. Amma sözün düzü gündəmin bu formada dəyişməsinə təəssüflənirəm. Həqiqətin kimin dilindən səslənməsinin nə fərqi var axı? 


Fuad Musayevin bu işin içində illərini keçirmiş, bərkimiş və üzü üzlər görmüş adamdı. Həm futbolu bilir, həm də idarəçiliyi. Elə mübarizə aparmağı da. Amma mübarizə mərhələsi çoxdan geridə qalıb. Yaşının bu vədəsində kiməsə meydan oxumağa nə həvəsi var, nə də sağlıq durumu ona imkan verir. Sadəcə, ürəyini mənə boşaltdı, futbolumuzun hazırkı vəziyyətindən narahatlığını dilə gətirdi və böhrandan çıxmaq üçün təkliflərini səsləndirdi. Mən gündəmin onun təklifləriylə dəyişəcəyinə ümid edirdim. Məgər, cənab Musayev “mən yenidən AFFA prezidenti olsam, filan-filan işləri daha yaxşı görərəm” deyib, hansısa platforma açıqlayıb? Ömrünün ahıl yaşında ürəyində və beynində saxlamaq istəməyib, fikir və təkliflərini deyib. Təhlil aparıb, öz çalışdığı dövrü xatırlayıb, ötən 14-15 ildə yaşananların gözlənilən inqilabi sıçrayışa uyğun olmadığını dilə gətirib. Qəbahətdirmi? AFFA-nı heçmi tənqid etmək, nöqsanları ictimaiyyətin müzakirəsinə çıxarmaq olmazmı? 


Fuad Musayev məni AFFA-nın binasında otuzdurun, aylıq maaş verin demir. Deyir ki, bölgələrdə internat tipli akademiyalar tikilməlidi, əyalətdəki istedadlar üzə çıxarılmalıdı, milli komandada 15 illik neft pullarının futbola axıdılmasından sonra yerli uşaqlar oynamalıdı, “Neftçi”nin bazası və “Şəfa” stadionu təyinatı üzrə istifadə olunmalıdı, futbol qurumunda struktur islahatları aparılmalıdı, İcraiyyə Komitəsi daha işlər quruma çevrilməli, klublara diqqət artırılmalıdı... Yalanmı deyir? Onun dediklərinin həyata keçməsi Azərbaycan futbolunun xeyrinə deyilmi? AFFA-nın hazırkı rəhbərliyinin pafosdan uzaqlaşıb, problemləri və onun həlli yollarını bu qədər sadə dillə izah etməsinə rast gəlmişikmi? Cənab Musayevin dedikləri sosial şəbəkələrdə aqressiya ilə qarşılananda, eyni mərkəzdən idarə olunan iztehzalı lağ-lağı ilə aşağılananda Azərbaycanın U-19 yığması Sankt-Peterburqda Litva ilə qarşılaşırdı. Rəqibin heyətində bircə nəfər də olsun qeyri-litvalı yox idi. Amma bizim milli komandanın heyətində 5 “milliləşdirilmiş” futbolçu ilk dəqiqələrdən meydanda idi. 11 nəfərdən ibarət komandanın tam yarısı. Nəticə isə bizim üçün üzücü oldu, Litvaya 1:2 hesabı ilə uduzduq. Fuad Musayev bunu demirdimi? Yalançı kim çıxdı? Gündəmi tez dəyişin, bu dəfə də uduzdunuz!


"Futbol+"

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
23:55

"Qalatasaray" belçikalı qapıçını istəyir

23:25

"Arsenal" heyətini gücləndirib

22:20

"Qarabağ" növbəti transferini açıqladı - RƏSMİ

22:10

"Qarabağ" növbəti yoxlama oyununda qüvvəsini sınayıb

21:50

Türkiyəli gənc ulduza Avropa nəhəngləri elçi düşüb

21:15

"Liverpul"un sabiq futbolçusu yenidən İngiltərədə

20:45

"Arsenal"ın ulduzu "Fənərbağça" yolunda

20:05

UEFA Konfrans Liqası: “Zirə” - "Hayduk” matçının hakimləri məlum olub

19:17

"Sabah"ın "Sele" ilə cavab oyunu üçün planları bilindi - AÇIQLAMA

19:05

"Qarabağ" Niderland təmsilçisi "Tvente"ni məğlub edib

18:44

"Araz-Naxçıvan"ın rəqibi milli üzvü ilə gücləndi - RƏSMİ

18:19

"Sumqayıt" Yankoviçi heyətinə qatdı - RƏSMİ

17:56

"Roma" A Seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yenilədi

17:38

Azərbaycan millisi ardıcıl 2 qələbə ilə Ukrayna və Sinqapura rəqib oldu

17:20

Taleh də "Mingəçevir"i tərk etmək qərarına gəldi - SƏBƏB

17:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:02

"Turan Tovuz" hücumçusu ilə vidalaşdı - RƏSMİ

16:44

Seneqallı dayaq yarımmüdafiəçisi "Fənərbağça"da - RƏSMİ

16:26

"Hayduk"la mübarizəyə bütün komponentlərdə hazır olsaq..." - Ceyhun Nuriyev

16:08

Yunuszadə Premyer Liqa klubu ilə müqavilə bağlamaq üzrədir

15:53

RPL-dən uzalaşdırılan "Torpedo"nu hansı komandanın əvəzləyəcəyi bilindi

15:34

"Taktiki dəyişiklikdən sonra rəqibin əl-qolu açıldı" - Arif Əsədov

15:16

1-ci Liqada yeni mövsümün başlama tarixi bilindi

14:58

"Sumqayıt" daha bir legioneri ilə yollarını ayırdı - RƏSMİ

14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

Facebookdan bizi izləməyi unutmayın.
X