“Qəbələ”nin yarımmüdafiəçisi Petar Franyiç Türkiyəyə aparılmayıb. Fanat.Az xəbər verir ki, Roman Qriqorçuk mövsümün ilk yarısında özünü yaxşı tərəfdən göstərə bilməyən xorvat yarımmüdafiəçinin xidmətində maraqlı deyil.
Franyiç əvəzedici komandada başını girləyəcək. Müqaviləyə əsasən mövsümün sonunadək “Qəbələ”dən maaş almaq hüququ olan legionerin sonrakı taleyinin necə olacağını zaman göstərəcək.
Fanat.Az