Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Neftçi” bu gün növbəti yoxlama görüşünə çıxıb. Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi Özbəkistan klubu “Nasaf”la üz-üzə gəlib.
"Bellis Deluxe” otelinin meydançasında baş tutan qarşılaşma "ağ-qaralar"ın minimalhesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, "Neftçi” hazırlıq çərçivəsində yanvarın 8-də keçirdiyi ilk yoxlama oyununda Türkiyənin "Sivasspor” klubu (0:0) ilə qarşılaşıb.
Yoxlama görüşü
Neftçi (Azərbaycan) - Nasaf (Özbəkistan) 0:1
Neftçi: 33.Boban Baykoviç, 27.Məqsəd İsayev, 29.Georgi Navalovski, 6.Pavel Dreksa, 3.Jairo Rodriges, 87.Kirilo Petrov, 8.Zdenek Folprext, 17.Rəhman Hacıyev, 10.Cavid İmamverdiyev (K), 9.Namiq Ələsgərov, 20.Damir Vidoviç.
İkinci hissədə meydana çıxanlar: İqnasio Herrera, Fəhmin Muradbəyli, Tərzin Cahangirov, Edson Kastilyo, Maksim Vaylo.
Əvəz olunan oyunçular: Zdenek Folprext, Jairo Rodriges, Cavid İmamverdiyev, Damir Vidoviç, Boban Baykoviç.
Fanat.Az