11:29 12.01.2017 731

AFFA-nın menecerinin "Bakı"lı günləri: 500 min dollarlıq ticarət

Bu qış transfer bazarının ən aktiv klubunun "Neftçi" olduğu şübhəsizdi.


Sport7.az xəbər verir ki, "ağ-qaralar"ın Antalyadakı düşərgəsində yeni əcnəbilərin sayı xeyli çoxdu. Artıq yerli Namiq Ələsgərovla yanaşı 5 əcnəbi futbolçuyla rəsmi müqavilə imzalanıb. 6-cı əcnəbi Damir Vidoviçi sıralarına qatmaqdan çəkinən məşqçilər korpusu və rəhbərlik onu vətəninə yollayıb. Çünki hücumçu adi futbolçu keyfiyyətlərindən, ibtidai bacarıqlardan belə mərhum olub.


Toplanışın sonuna qədər daha 2-3 futbolçuyla müqavilə imzalanacağı şübhəsizdi. Onların arasında AFFA-nın sevimlisi Pavel Paşayev də olacaq. Menecerlərlə yaxşı işbirliyi quran, heç bir menecerin xətrinə dəymək istəməyən "Neftçi" ilk iki transferini fərqi menecerlərlin vasitəsiylə reallaşdırdı.  İqnasio Herreranı "Neftçi"yə gətirən menecer Kamil Məmmədov sosial şəbəkələrdəki şərhlərinin birində etiraf etmişdi ki, "Neftçi"yə gətirilən 9 yeni futbolçudan yalnız biri onun müştərisidi. Gürcü Georgi Navalovskinin də Erkin İbrahimov vasitəsiylə "Neftçi"yə gəldiyi məlumdu. Deməli, qalanları eyni şəbəkənin "tapıntısı"dı? Bəs o şəbəkə kim və ya kimlərdən ibarətdi?


Artıq bu sualların da cavabı var. Fanat.az saytında çalışan həmkarlarımız müəyyənləşdiriblər ki, "Neftçi"nin digər yeniləri kluba Elxan Məmmədovun yaxın kadrı, AFFA-da iki vəzifə tutan Riad Rəfiyev vasitəsiylə gətirilib. Adı Elnur Cəfərovun, Kamran Ağayevin, Emin Mahmudovun transferində də hallanan Riad Rəfiyev AFFA-nın seleksiya məsələləri üzrə baş koordinatoru və Azərbaycan millisinin adminstratoru vəzifəsində çalışır.


Xatirələrimizi təzələyəndə onun "Bakı"da çalışdığını da yadımıza sala bilərik. AFFA-da vəzifə tutmamışdan əvvəl Rəfiyev "Bakı"da menecer kimi fəaliyyət göstərib və kluba əsasən Cənubi Amerikadan, eləcə də İspaniya və Portuqaliyadan futbolçular calamağa çalışıb. Əldə etdiyimiz bilgiyə görə, onun futbol işbazları ilə yaxşı əlaqələri var. Həmin işbazlar öz təsir dairələrinə saldıqları futbolçuları ölkələrinin millisinə 1-2 dəfə çağırtdırmağa nail olurlar. Daha sonra da onların qiymətini qaldırıb, zəngin klublara satmağa çalışırlar. Tanış ssenaridi, elə deyilmi? Azərbaycanda da son illər bu siyasət əsasən Dağıstandan gətirilən futbolçularla bağlı həyata keçirilir.


Rəfiyevin həmin şəbəkəylə birlikdə "Bakı"ya gətirdiyi ən uğurlu transfer boliviyalı Edemir Rodriges Mercado olub. 2009-cu ildə Meksika ilə yoldaşlıq görüşündə Boliviya millisində debüt edən Rodriges bu formanı cəmi 13 dəfə geyinmək şərəfinə layiq görülüb. Bu qarşılaşmaların da əksəri qeyri-rəsmi oyunlara və turnirlərə təsadüf edib. Əvəzində onu 2012-ci ildə "Bakı"ya 500 min dollar qarşılığında transfer ediblər. Özü də bu transfer həmin vaxt Hafiz Məmmədova elə AFFA tərəfindən məsləhət görülən Riad Rəfiyevin vasitəsiylə gerçəkləşdirilib. Boliviyalı futbolçu "Bakı"da 2012/2013-cü il mövsümündə cəmi 17 oyuna çıxıb və 2 qola imza atıb. Onun "Bakı"dan ayrılması elə Rəfiyevin klubdakı işindən azad olunmasıyla üst-üstə düşüb. Əvəzində Rodriges və menecerləri Məmmədovdan yarım milyon dollar qopara biliblər. Rəfiyevin bu transferdən azı 10 faiz qazandığı isə şübhəsizdi.


İnternet qaynaqlarına inansaq, "Bakı" Rodrigesin legioner olduğu yeganə klubdu.


Məsələ ilə bağlı Rəfiyevin də mövqeyini öyrənməyə çalışdıq. Amma cəhdlərimiz fayda vermədi. Nəsə öyrənə bilsək, mütləq sizə çatdıracağıq.


Mənbə: sport7.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
22:20

"Qarabağ" növbəti transferini açıqladı - RƏSMİ

22:10

"Qarabağ" növbəti yoxlama oyununda qüvvəsini sınayıb

21:50

Türkiyəli gənc ulduza Avropa nəhəngləri elçi düşüb

21:15

"Liverpul"un sabiq futbolçusu yenidən İngiltərədə

20:45

"Arsenal"ın ulduzu "Fənərbağça" yolunda

20:05

UEFA Konfrans Liqası: “Zirə” - "Hayduk” matçının hakimləri məlum olub

19:17

"Sabah"ın "Sele" ilə cavab oyunu üçün planları bilindi - AÇIQLAMA

19:05

"Qarabağ" Niderland təmsilçisi "Tvente"ni məğlub edib

18:44

"Araz-Naxçıvan"ın rəqibi milli üzvü ilə gücləndi - RƏSMİ

18:19

"Sumqayıt" Yankoviçi heyətinə qatdı - RƏSMİ

17:56

"Roma" A Seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yenilədi

17:38

Azərbaycan millisi ardıcıl 2 qələbə ilə Ukrayna və Sinqapura rəqib oldu

17:20

Taleh də "Mingəçevir"i tərk etmək qərarına gəldi - SƏBƏB

17:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:02

"Turan Tovuz" hücumçusu ilə vidalaşdı - RƏSMİ

16:44

Seneqallı dayaq yarımmüdafiəçisi "Fənərbağça"da - RƏSMİ

16:26

"Hayduk"la mübarizəyə bütün komponentlərdə hazır olsaq..." - Ceyhun Nuriyev

16:08

Yunuszadə Premyer Liqa klubu ilə müqavilə bağlamaq üzrədir

15:53

RPL-dən uzalaşdırılan "Torpedo"nu hansı komandanın əvəzləyəcəyi bilindi

15:34

"Taktiki dəyişiklikdən sonra rəqibin əl-qolu açıldı" - Arif Əsədov

15:16

1-ci Liqada yeni mövsümün başlama tarixi bilindi

14:58

"Sumqayıt" daha bir legioneri ilə yollarını ayırdı - RƏSMİ

14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

Facebookdan bizi izləməyi unutmayın.
X