Ruslan Abışov "Neftçi"yə qayıdıb. Fanat.Az xəbər verir ki, artıq tərəflər arasında razılıq əldə olunub.
Ruslan bu gün Antalyada yeni komandasına qoşulacaq və rəsmi müqavilə imzalanacaq. Bundan sonra futbolçu məşqlərə başlayacaq.
"Neftçi" bir müddətdi Ruslanla danışıqlar aparsa da, "İnter" onu buraxmaq istəmirdi. Amma "ağ-qaralar" müəyyən məbləğ qarşılığında "bankirlər"i razı sala bilib.
Qeyd edək ki, "Neftçi"nin yetirməsi olan Ruslan 2003-2012-ci illərdə Bakı klubunda çıxış edib. 29 yaşlı futbolçu daha sonra Xəzər Lənkəran", "Qəbələ", "İnter" və Rusiyanın "Rubin" klublarında top qovub.
Fanat.Az