“Trabzonspor”la məşq edən Ramil Şeydayevin aqibətinin necə olacağı hələ də bəlli deyil. Fanat.Az xəbər verir ki, millinin 20 yaşlı forvardı Çexiya, Rusiya və Xorvatiya klublarının maraq dairəsindədi.
Bu ölkələrdən olan 5 klubun rənglərinə bağlamaq istədiyi Ramilin heç biriylə anlaşa bilməməsinin səbəbi isə “Trabzonspor”un müəyyənləşdirdiyi icarə haqqıdı. Trabzonluların kifayət qədər ciddi məbləğdən dəm vurması büdcəsi böyük olmayan klubları geri çəkilməyə məcbur edir. “Neftçi” variantı da birdəfəlik bağlanmayıb. Şeydayev “transfer pəncərəsi” bağlanana qədər daha münasib variant tapmasa, məhz AFFA tərəfindən “Neftçi”yə göndəriləcək.
Fanat.Az