"Barselona"ın türk futbolçusu Arda Turan Çinin "Şanxay Şenua" klubu ilə anlaşıb. Fanat.Az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçiyə 3 il üçün 60 milyon avro təklifinə "hə" deyib.
Çin klubunun Arda qarşılığında "Barselona"ya yüksək məbləğ ödəməyə hazır olduğu bildirilir.
Qeyd edək ki, ötən mövsüm 40 milyon avro qarşılığında "Atletiko"dan "Barselona"ya keçən milli futbolçu komandasının son 3 matçında ehtiyat skamyasında qalıb. Meydana sonradan daxil olan Turan toplam 20 dəqiqə oynayıb.
Fanat.Az