Kirill Petrov "Neftçi"yə pula görə gəlib. Fanat.Az xəbər verir ki, bu barədə Ukraynanın "Olimpik" klubunun prezidenti Vladislav Gelzin açıqlma verib.
Klub rəhbəri bildirib ki, 27 yaşlı müdafiəçi Ukrayna çempionatından zəif olan Azərbaycan Premyer Liqasını pula görə seçib: "Biz onunla danışdıq. Bilir ki, bizim öz hədəflərimiz var. Ancaq orada başqa vəziyyətdir. Onun ailə vəziyyəti, şəxsi işləri və kiçik problemləri var. Bu barədə danışmaq istəmirəm. Özünə bizdən daha çox pul ödəyən klub tapdı. O, Azərbaycan çempionatını seçdi. Hansı ki, həmin çempionat səviyyəcə bizdən aşağıdır. Bu səbəbdən, Kirillin Azərbaycana pul qazanmaq üçün getdiyini demək olar. Belə vəziyyətdə isə onu başa düşmək lazımdır".
Fanat.Az