“Fasilə dövründə ilk yoxlama oyunumuzu keçirdik. Oyunçuların indiki durumda vəziyyəti yaxşı ola bilməz. Çünki hazırlıqlara yeni, həm də bir az gecikmə ilə başlamışıq”. Fanat.Az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.
Türkiyədə təlim-məşq toplanışında olan “qırmızı-qaralar” ilk yoxlama oyununu keçirib. Albaniyanın “Partizani” klubu ilə üz-üzə gələn təmsilçimiz 1:2 hesabı ilə məğlub olub.
Oyundan sonra klubun rəsmi saytına açıqlama verən ukraynalı mütəxəssis fikirlərini bölüşüb: “İstirahət dövründən sonra cəmi iki məşqimiz olub. Bütün bunları nəzərə alsaq, komanda pis təsir bağışlamadı. Birinci hissə xüsusilə normal oyun nümayiş etdirdik. Fasilədən sonra fərqli heyətlə mübarizə apardıq. Bu üzdən də hər şeyin, o cümlədən oyun quruculuğunun belə görünməsi obyektiv idi. Düşünürəm ki, bu matç bizim üçün faydalı oldu. Bu qarşılaşmada heç bir mənfi məqam görmürəm”
Fanat.Az