"Neftçi"nin sabiq hücumçusu Nikolas Kanalesin yeni klubu müəyyənləşib. Fanat.Az xəbər verir ki, çilili forvard karyerasını vətənində davam etdirəcək.
Belə ki, Kanales Çili çempionatının güclülər dəstəsində çıxış edən "Deportes Temuko"yla müqavilə bağlayıb. Müqavilənin müddəti və detalları açıqlanmır.
Qeyd edək ki, Kanales 2012/13, 2014/15 və 2015/16 mövsümlərində fasilələrlə "Neftçi"də çıxış edib. Bu müddətdə 92 rəsmi oyuna çıxan 27 yaşlı forvard 46 qol vurub. 2012/13 mövsüsündə Azərbaycan çempionluğunu və kubokunu qazanan futbolçu 26 qolla Premyer Liqanın bombardiri olub.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol