Qış hazırlıqlarını Antalyada sürdürən “İnter” bu gün ilk sınaq matçına çıxıb. Fanat.Az xəbər verir ki, “ağ-göylər ”Qazaxıstanın “Ordabaşı” klubuyla qarşılaşıb.
Oyunda hesab açılmayıb. “Ordabaşı”nın yanvarın 19-da başqa təmsilçimizlə - “Qəbələ”ylə üz-üzə gələcəyini də vurğulayaq.
Fanat.Az