Mövsümün qalan bölümünə Türkiyədə hazırlaşan “Neftçi” növbəti sınaq matçını keçirib. Fanat.Az xəbər verir ki, bakılılar Albaniya “Kukesi”siylə qarşılaşıb.
Albaniya Super Liqasının lideri təmsilçimizi 4:2 hesabıyla üstələyib. "Neftçi"nin qollarını yeni transfer Zdenek Folprext və Cavid İmamverdiyev vurub. Ruslan Abışovun kapitan sarğısıyla oynadığı matçda start heyəti aşağıdakı kimi olub:
33.Boban Baykoviç, 27.Məqsəd İsayev, 6.Pavel Dreksa, 15.Ruslan Abışov (K), 29.Georgi Navalovski, 87.Kirilo Petrov, 80.Edson Kastilyo, 8.Zdenek Folprext, 17.Rəhman Hacıyev, 9.Namiq Ələsgərov, 10.Cavid İmamverdiyev.
"Neftçi” daha öncə hazırlıq çərçivəsində Türkiyənin "Sivasspor” klubuyla heç-heçə oynamış (0:0), ardından Özbəkistan “Nasaf”ına uduzmuşdu (0:1).
Fanat.Az