09:16 17.01.2017 746

8 qol vuruldu, “Qəbələ” “Partizani”yə uduzdu

2016-2017-ci il mövsümünün hazırlığını Türkiyədə davam etdirən “Qəbələ”nin əvəzedicilərdən ibarət komandası ilk yoxlama oyununu keçirib. Fanat.Az xəbər verir ki, Hüseynqulu Quliyevin yetirmələri Albaniyanın “Partizani” klubunun əsas komandası ilə qarşılaşıb.

 

Ölkəsinin 15 qat çempionu və ötən mövsümün vitse-çempionu ilə görüşə “qırmızı-qaralar” aşağıdakı heyətlə çıxıb: Həsən Hüseynov, Amin Seydiyev, Elvin Dəmirov, Əzəmət Ələkbərli, Ülvi İbazadə (k), Tural Məmmərzayev, Rövlan Muradov, Baxşəli Baxşəliyev, Səid İbadov, Nurlan Quliyev, Ülvi İsgəndərov.


Qarşılaşmanın ilk yarısı məhsuldar alınıb. Komandalar fasiləyədək qapılara 7 qol vurub. Daha təcrübəli olan Tirana klubunun futbolçuları ilk 5 dəqiqədə iki dəfə fərqlənməyi bacarıblar. “Qəbələ” hissənin ortalarında buraxılan 3-cü qoldan sonra rəqib qapısına yol tapıb. Rövlan Muradov fərqi azaldıb – 1:3. Bundan 3 dəqiqə sonra “Partizani” fərqi yenidən artırmağı bacarıb. “Qırmızı-qaralar” Nurlan Quliyevin 39-cu dəqiqədəki qolu ilə yenidən fərqi iki topa endirsə də, albaniyalılar fasiləyədək 5-ci dəfə də qol sevinci yaşayıb – 2:5.


Oyunun gedişində “Qəbələ”də bir sıra futbolçu dəyişiklikləri gerçəkləşib. Meydana Əmrah Zülfüqarlı, Sahil Mirzəyev, Ravil Yusifli, Elvin Həsənov, Xəyal Əmirli, Qədir Bayramlı və Sahil Zeynallı daxil olublar. Fasilədən sonra matçdakı məhsuldarlıq da aşağı düşüb. İkinci 45 dəqiqədə yalnız bir qol vurulub. Final fitinə 2 dəqiqə qalmış tiranalılar fərqlənib – 2:6.

 

“Qəbələ” (əvəzedicilər) – “Partizani” (Albaniya) – 2:6

Qollar: Rövlan Muradov, 25, Nurlan Quliyev, 39 – Qezim Krasniqi, 2, Mentor Mazrekay, 5, 22, Sodiq Atanda, 28, Realdo Fili, 41, Ardit Yaupay, 88

 

Qeyd edək ki, Türkiyədəki təlim-məşq toplanışına yanvarın 14-də start verən əvəzedicilər daha iki yoxlama oyununda qüvvəsini sınayacaq.


Fanat.Az






Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

Facebookdan bizi izləməyi unutmayın.
X