"Neftçi"nin keçmiş qapıçısı Vyaçeslav Çanov Tula "Arsenal"ında çalışacaq. Fanat.Az xəbər verir ki, 65 yaşlı mütəxəssis komandaya qapıçılarla işləyən məşqçi təyin edilib.
Çanov 1985-1986-cı illərdə "Neftçi"də çıxış edib və 33 oyun keçirib. O, həmçinin futbolçu karyerası ərzində Donetsk "Şaxtyor"u, Moskvanın "Torpedo", ÇSKA, Rostovun "Optik" klublarında oynayıb. Çanov məşqçi karyerası ərzində Moskva ÇSKA-sının əsas və aşağı yaş qrupları üzrə komandalarında fəaliyyət göstərib. Mütəxəssis paytaxt klubunu ötən ilin sonunda tərk edib.
Fanat.Az