"Neftçi" heyətinə daha bir futbolçu qatıb. Fanat.Az xəbər verir ki, bu barədə Paraqvay mətbuatı məlumat yayıb.
Həmkarlarımızın xəbərinə görə, "Neftçi" baxışa çağırdığı Ramon Kardozo ilə müqavilə bağlayıb. Məlumatda bildirilir ki, Kardozonun Rusiya klubu “Tosno” ilə (2:2) yoxlama görüşündəki oyunu məşqçilər korpusunu razı salıb. Onunla bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, Ramon Kardozonun son iş yeri Paraqvayın “Deportivo Kapiata” klubu olub. O, bu komandanın heyətində 4 oyun keçirib və 1 qol vurub. 30 yaşlı hücumçu Paraqvayın "Takuari", "Serro Porteno", "Nasional", Portuqaliyanın "Penafiel", "Vitoria Setubal", "Moreyrense" və Perunun "Leon Huanuko" klublarında oynayıb. O, 2011-ci ildə bir dəfə Paraqvay millisinə çağrılıb və həmin ilin 25 mayında Argentina ilə yoxlama matçında iştirak edib.
Fanat.Az