"Maraqlı oyun alındı. Yaxşı komandaya qarşı oynayırdıq. Rəqib məcbur edirdi ki, futbolçularımız topla daha cəld davransınlar. Bununla belə çox yaxşı oyun alındı. Təbii ki, nəticə hər zaman vacibdi. Fikrimcə, futbolçularımız işlərinin öhdəsindən gəldi. Oyunun qələbə ilə bitməsi faydalı oldu. Razı qaldım".
Bu sözləri Rumıniyanın "Styaua" ilə yoxlama oyunundan sonra Fanat.Az-a açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Baş məşqçi oyunun əvvəlində əvəzlənən Rəşad Sadıqov və Muarem Muaremin vəziyyəti barədə də danışıb: "Oyundan əvvəl də ağrı hiss eləmişdi. Ciddi bir şey görünmür. Amma sabah müayinə olunacaq və dəqiq bilinəcək. Muaremdə də müəyyən ağrılar var idi. Onunla bağlı da müayinədən sonra qərar veriləcək. Belə hallar bu kimi oyunlar üçün xarakterikdi".
Fanat.Az