Dostlar yenə görüş üçün həmən məkanı – Mıdının çayxanasını seçmişdilər. 5 gün əvvəl 3-cü dəfə ata olan ikili hisslər keçirirdi. Amma əsas mövzu həmişəki kimi, başıbəlalı Azərbaycan futboluydu.
- Gözün aydın, qaqa. Adın nə qoydun kişinin?
- Maqomed!
- Nə?
- Maqa! Dədəmin adı Məhəmməddi dana, bilirsən. Mən də Maqomedxan qoymağ istiyirdim. Dedilər ki, belə uzun olmaz. Maqomed nətərdi?
- Dağıstannıların addarına oxşuyur. Ə adın nə dəxli var e? İstiyirsən lap Dızıtqulu qoy. Əsas kişilihdi, mərfətdi, böyüh-kiçih yeri bilən kişi olmağıdı.
- Orası heylədi. Amma bu gədə 100 faiz futbolçu olajax,qaqa. Adın da Dağıstan adı qoymuşam ki, sonra yığmada oynamax problemi olmasın. Elxan Məmmədov dağıstannı olmuyannarı milliyə qoymur!
- Ə, barı Batuhandan, Doğuhandan bir şey qoyaydın dana. Gənə olar türk addarıdı. Deyərdin ki, Almaniyada yaşamışıx. Uşax da Rauf Əliyevin firma-fıştırıx Berlin məytəvində oxuyuf...
- Firma-fıştırıx yoxdu axı daha...
- Bekara söhbətdi. Ondan betərləri də olajax. Səbr elə, görəssən... Bu bizim AFFA var e, orda oturan ən ağıllı adam Berlin temasınnan o tərəfə gedəmmir.
- Maa bax e, bu U-21 haranın klubudu?
- Klub döyül e, səydəş, yığmadı.
- Yığmadı?
- Hə. Keçən dəfə öyrətmişdim axı. Gənə soruşassan ki, “Qarabağ”ın oyunçusu nətər olur, həm də yığmada oynuyur?
- Yox. Maa bir şeyi başa sal görüm, yığmıya ayrı ölkənin oyunçuların nətər baxışa çağırıllar? Bizimkilər Türkiyədədi indi. Saytdan oxuyuram dana, yoxlama oyunnarı keçirdir. Hamısı da xarici uşaxlardı. Almaniyada olan türklər-zad. Bax o nətər olur?
- Onu yalan deyərəm. Bu hər nə zaddısa, təhcə bizim futbolda olur. Saytda işdiyən qaqamıza deyərəm, Elxan Məmmədofdan soruşar.
- Klubnan yığmanın fərqin güjnən başa düşmüşdüm. Gənə qatıf-qarışdırajam.(mızıldana-mızıldana əlavə etdi) Təpəsinə daş düşsün buların... Elə bil, karvansaray qapısıdı.
- Vejinə də alma. Arada çay da iş. Nə gedir amma.
- Başına dönüm, qaqa, heylə işmə, əsəbləşirəm. Yavaş qurçullat.
- Qurt!
- Adamlığın olsun. Başına dönüm dedim axı, tıncıxıram sən öl, heylə işmə! Bir tərəfdən kredit, maşın arestdə, uşağın metirkasın almağa pul yox! Sən də qurçullatma dana.
- ...
- Dişi pişihlər kimi dişini ağartma! Əsəbləşirəm!
- Yaxşı, ta fso. “Neftçi”ni də görürsən dana. Harda azmış-təzmiş, puldan başqa heşnə fikirrəşmiyən xarici varsa, dolduruflar heyətə.
-Nə gündədi ə, bu Tahir Süleymanof. Nenillər o qədər əyağı top tutmuyan xaricini?
- Əqrəbdi yalan deyən, Süleymanov oların topasına 50 min verməzdi. Süleymanov nə gəzir ə? İki ildi uje yoxdu “Neftçi”də. Bunnan 9-cu dəfədi ki, deyirəm, əvvəlki adamlar orda yoxdu.
- Ə baş qalıf? Yadımdan çıxır dana. Elnur Məmmədofdu indi, heyləmi?
- O da bir az yedi, çıxdı aradan.
- Elxan Məmmədofun qardaşı, heyləmi?
- Kiçiyidi, qardaşı yox.
- Bəs indi kimdi orda? Elnur dediyin nejoldu?
- Futbolu yaxşı yarıtdığına görə, vəlibola göndərdilər.
- Kim göndərdi?
- Yəələri. Mən nə bilim... Ə dur ə, dur getdih. Evə çörəy almalıyam. Bəyaxdan mən də deyirəm, niyə evdəkilər vızıv döşüyür...
Fanat.Az