17:06 19.01.2017 589

Baş məşqçi millimizin xanım üzvünü döyüb

Azərbaycanın taekvondoçu qadınlardan ibarət milli komandasının sabiq baş məşqçisi Sun Mi Park və yığmanın aparıcı üzvü Fəridə Əzizova arasında soyuq münasibətlərin yaranma səbəbi ortaya çıxıb. Koreyalı mütəxəssis məşqlərin birində idmançını vurub.

Sun Mi Park Əzizovanın verilən tapşırığı yerinə yetirmədiyini əsas gətirərək, ona sillə vurub. Hadisə "Bakı 2015" I Avropa Oyunları ərəfəsində baş verib. Bu hadisədən sonra gənc taekvondoçu əcnəbi baş məşqçinin deyil, yerli mütəxəssis Səbuhi Zülfüqarovun rəhbərliyi altında çalışmağa başlayıb. 67 kq çəkidə çıxış edən taekvondoçu "Bakı 2015"də gümüş medal qazansa da, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bürünc medal uğrunda döyüşdə uduzaraq, 5-ci yeri tutub.

Koreyalı baş məşqçi 22 yaşlı idmançıya qarşı soyuq münasibətini olimpiadadan sonra da davam etdirib. O, 2016-cı il dekabrın ortalarında Bakıda keçirilmiş Qran Prinin final mərhələsində və komandalararası dünya çempionatında Əzizovaya şans verməyib. Həmin vaxt azərbaycanlı taekvondoçunun zədə üzündən hər iki yarışı buraxacağı açıqlanıb. Qran Pridə 67 kq çəkidə Əzizovanı əvəzləyən olmayıb, dünya çempionatında isə Melissa Paqnottaya şans verilib. Amma hər iki yarışda qadın taekvondoçular uğursuz nəticələr göstəriblər. Yanvarın 16-da isə Azərbaycan Taekvondo Federasiyası Sun Mi Parkı istefaya göndərərək, yerinə Elnur Amanovu təyin edib.

Əzizova "Report"a açıqlamasında koreyalı mütəxəssisin istefasına özünün səbəb olduğuna dair xəbərləri təkzib edib. Bununla belə, gənc taekvondoçu Sun Mi Parkla münasibətlərində soyuqluğun olduğunu və fiziki təzyiqə məruz qaldığını təsdiqləyib:

"Hərdən belə hallar olur. Məni isə karyeram ərzində yalnız bir dəfə baş məşqçi vurub. Sona xanımın (Sun Mi Parka Azərbaycanda hamı belə müraciət edirdi - red.) fikrincə, yaxşı məşq etmirdim. Amma mən tələbəyəm, müəllimə qarşı hörmətsizlik edə bilmərəm. Təbii ki, bu hadisədən federasiyada hamı xəbər tutdu. Ona görə də qərar verildi ki, Sun Mi Parkla yox, şəxsi məşqçi Səbuhi Zülfüqarovun rəhbərliyi altında çalışım. Baş məşqçinin məhz bu hərəkətindən sonra başqa məşqçi ilə işləməyə başladım. Amma artıq yığmada baş məşqçi dəyişikliyi baş verib. Mən də hamı kimi, Elnur müəllimin rəhbərliyi altında məşqlərə qoşulacağam. Bunun üçün isə ilk növbədə sabah start götürəcək Azərbaycan çempionatında yüksək nəticə göstərməliyəm".

Qeyd edək ki, Fəridə Əzizova 2012-ci ildə gənclər arasında dünya çempionu olub. O, 2013-cü ildə dünya, 2014-cü ildə isə Avropa çempionatının bürünc medalını qazanıb.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

Facebookdan bizi izləməyi unutmayın.
X