“Neftçi” Antalya toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununu keçirib. Fanat.Az xəbər verir ki, “ağ-qaralar”ın rəqibi Rumıniyanın “Konkordia” klubu olub.
Görüş 1:1 hesablı qələbə ilə yekunlaşıb. "Ağ-qaralar" hesabda geri düşsə də, ikinci hissədə Cavid İmamverdiyevin qolu ilə məğlubiyyətdən qaça biliblər.
Ötən mövsüm Rumıniya çempionatını 11-ci pillədə başa çatdıran kyajnalılar cari mövsümdə 21 turdan sonra 12-ci pillədə qərarlaşıblar.
Qeyd edək ki, “Neftçi” Antalyada keçirdiyi əvvəlki yoxlama oyunlarında Türkiyənin “Sivasspor” (0:0) və Rusiyanın “Tosno” klubu (2:2) ilə heç-heçə edib, Özbəkistan təmsilçisi “Nasaf” (0:1) və Albaniyanın “Kukesi” klubuna (2:4) isə məğlub olub.
Neftçi (Azərbaycan) - Konkordia (Rumıniya) 1:1
Qollar: Cavid İmamverdiyev, 67.
Neftçi: 33. Boban Baykoviç, 22. Mahir Şükürov (k), 15. Ruslan Abışov, 25. Kirill Petrov, 29. Georgi Navalovski, 8. Zdenek Folprext, 13. Murad Ağayev, 10. Cavid İmamverdiyev, 19. Fəhmin Muradbəyli, 17. Rəhman Hacıyev, 14. Ramon Kardozo.
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 3. Jairo Rodriges, 9. Namiq Ələsgərov, 11. İqnasio Errera, 23. Tərzin Cahangirov, 27. Məqsəd İsayev.
Fanat.Az