"Neftçi" Gürcüstan millisinin üzvü üzvü Uça Lobjanidzeyə təklif göndəribmiş. Fanat.Az xəbər verir ki, 29 yaşlı futbolçu bu barədə Qazaxıstan mətbuatına açıqlamasında bildirib.
Qazaxıstanın "Atırau" klubunda oynayan müdafiəçi "Atırau"ya keçməmişdən əvvəl "Neftçi"dən və digər bir Azərbaycan klubundan təklif almışdım" deyib.
Qeyd edək ki, 2008-ci ildən Gürcüstan millisinə çağırılan Lobjanidze "Dinamo" (Tbilisi), "Zestafoni", "Dnepr" və "Omoniya"da çıxış edib.
Fanat.Az