"Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayevin 18 vəzifəsi var. Fanat.Az xəbər verir ki, bu barədə o, lent.az-a müsahibəsində bildirib.
İndiyədək 197 kitabının çapdan çıxıdığını, əsərlərinin 31 dilə tərcümə olunduğunu bildirən Xalq yazıçısı "Mənə imkan versəydilər, iki dəfə bundan artıq yazardım" deyib. Jurnalistin "Kim imkan vermir" sualına Çingiz bəyin cavabı belə olub: "Mənim on səkkiz ictimai vəzifəm var. Düzdür, ictimai işlərdən maaş almıram, amma işləyirəm".
"Bu qədər kitabınız çap olunub, satılıb, sizi milyoner saymaq olarmı" sualına da cavab verən yazıçı "Milyon da qazanmışam, ancaq hamısını xərcləmişəm. Əsas gəlirimi kitablarımın satışından və kinolardan əldə edirəm" deyib.
Fanat.Az