İtalyan ulduz Claudio Marchisio "Yuventus" ilə birlikdə daha çox çempionluq yaşamaq istədiyini söyləyib.
İdman24.az dünya mətbuatına istinadən xəbər verir ki, komandadan ayrılacağı dedi-qodularını cavablayan Marchisio ""Yuventus"da qalmaq istəyirəm. Burada qalıb mübarizəyə davam etmək istəyirəm. "Yuventus"da qazanacağım daha çox çempionluq və kubok var", deyə bildirib.
Marchisionun 2016-cı ilə qədər müqaviləsi var.
İdman24.az