09:32 26.01.2017 716

"Araz "Olimpiakos"da asanlıqla oynaya bilərdi, ancaq..." - Yunan menecer

Araz Abdullayev bu qış transfer pəncərəsi dönəmində "Neftçi"dən "Qəbələ"yə transfer olundu. Futbolçu karyerasını vərəqləyərkən yunan menecerinin olması barədə danışması diqqətimizi çəkməyə bilməzdi. 


Bu üzdən həmin meneceri - Tassos Anaqnunu tapmaq qərarına gəldik. 5 il əvvəl bir azərbaycanlı futbolçunun İngiltərə klubuna transferi böyük əks-səda doğurmuşdu deyə, üstündən xeyli müddət keçsə də, onun fikirlərinin maraqlı ola biləcəyini düşündük.


Fanat.Az xəbər verir ki, qaynarinfo.az-a müsahibə verən əcnəbi menecer Arazla necə tanış olmasından, "Everton"a necə keçməsindən, Yunanıstanda böyük klublarda oynaya bilmək bacarığının olmasından danışıb.


- Cənab Anaqnu, bildiyim qədəri ilə siz Araz Abdullayevin menecerisiniz...

- Bəli. Ancaq düzünü deməli olsam, onunla müqaviləmizin müddəti başa çatıb. Yenisini bağlamalıyıq. Lakin Arazla mənim aramda kişi sözü var. Bir-birimizə bu məsələdə çox inanırıq. Ona görə müqaviləsiz də heç bir problem yoxdur.


- Siz onu necə tapdınız? Necə onunla əlaqə qurub meneceri oldunuz? Mümkünsə, bu məsələlərə aydınlıq gətirin.

- Mən onu ilk dəfə Türkiyənin Bodrum bölgəsində keçirilən Egey Kuboku turnirində görmüşdüm. Onda Araz 16 yaşadək Azərbaycan millisində (U-16) oynayırdı. Turnir çərçivəsində Azərbaycanla Belçika qarşılaşırdı. Onda oyunu çox xoşuma gəlmişdi. Fikirləşmişdim ki, bu uşağın gələcəyi var və Avropada oynaya bilər. Belə oldu mən onunla əlaqə qurdum. O vaxtdan mən onun nümayəndəsiyəm.


- Araz ingiliscə bilmir. Onunla necə əlaqə qura bildiniz?

- Mənim Moldovadan dostlarım vardı. Onlar rus dilində bilirlər. Həmin dostlarımın köməkliyi ilə ünsiyyətdə oldum. Tezliklə isə biz əməkdaşlıq üçün müqavilə bağladıq. Ancaq Araz İngiltərəyə gedəndə ingiliscə öyrənməyə başladı. İndi fikrini izah edə bilir. O vaxt isə uşaq idi. Hətta o vaxt Afinada mənim evimdə ailəmlə birgə də olub. Ancaq onunla bircə dənə də olsun, şəklim yoxdur (gülür).


- Onun 2011-ci ildə İngiltərəyə keçidi haqda sizin dilinizdən də eşitmək maraqlı olardı...

- "Everton" klubundan mən xahiş etmişdim ki, skautlarını U-21-lərin Azərbaycan - Şotlandiya oyununa göndərsinlər. Əmin idim ki, Araz bu matçda özünü yaxşı tərəfdən göstərəcək. Elə də oldu və Araz bu matçda gözəl qol vurdu. Araz skautların diqqətini cəlb edə bildi. Onların həmin vaxt bir layihəsi vardı. Əvəzedici komandaya futbolçular transfer edirdilər. Həmin oyunçular qısa müddətdən sonra özlərini doğruldub əsas komandaya yüksəlmək istedadında olmalı idilər. Beləcə o da bir qrup əcnəbi futbolçularla birlikdə "Everton"a transfer olundu. Arazla birgə eyni layihə çərçivəsində Almaniya millisinin və "Arsenal"ın müdafiəçisi Şkodran Mustafi, Yunanıstan millisinin hücumçusu Apostolos Vellios, İrlandiya millisinin kapitanı Şeymus Koulman "Everton"a transfer edilib. Yeri gəlmişkən, Koulman hələ də o komandada oynayır. Bu transferlər məhdud büdcə ilə edilmişdi.


- O vaxt "Neftçi" tərəfi "Everton"un bu transferə görə nə qədər pul ödədiyini açıqlamamışdı. Siz bəlkə rəqəmi açıqlayasınız...

- Araz bu layihə çərçivəsində Avropa Birliyinə üzv olmayan ölkədən yeganə futbolçu idi. Bu üzdən ona işçi vizası açılmalıydı. Əslində bunu tamamilə transfer də adlandırmaq olmaz. Bu, 2 klub arasında olan xüsusi razılaşma idi. Razılaşmaya əsasən "Everton" futbolçunun müstəsna hüquqlarına yiyələnirdi. Onu yoxlama oyunlarında, turnirlərdə oynatmaq hüququ əldə edirdi. "Everton"da oynatmaq üçün isə onlarlıq bir məsələ yox idi...


- O yerlərə gələcəyik. Siz məbləği açıqlamadınız...

- Onlar 50 min kimi pul "Neftçi"yə ödədilər. Yaşlanmışam (gülür). Əgər düz xatırlayıramsa, məbləğ belə olmalı idi. Ancaq bunun Britaniya funtu ilə, yoxsa avro ilə olduğunu dəqiq yadıma sala bilmirəm. Bu sadəcə yalnız oyunçuya dair hüquqlara yiyələnmək, onun başqa klublara keçidinin qarşısını almaq üçün verilən məbləğ idi. Əgər tam müqavilə bağlanılsaydı, transfer haqqı daha yüksək olmalı idi.


- O vaxt belə bir xəbər yayılmışdı ki, Arazın milli komandada oynaması üçün "Everton"un baş məşqçisi Devid Moyes Berti Foqtsa zəng vurub...

- Bəli. Onlar arasında telefon danışığı olmuşdu. Məsələ burasındadır ki, Britaniya qaydaları Avropa Birliyinə üzv olmayan ölkə vətəndaşları üçün çox sərtdir. Dünya reytinqində 50, yoxsa 70-yə qədər olan ölkələrin vətəndaşları 75 faiz millinin oyunlarında çıxış etməlidirlər. Qalanları 100 faiz millidə çıxış etməli idilər ki, "Everton"da oynaya bilsin və bununla da işçi vizasına yiyələnsinlər. Azərbaycan da o vaxtlar 100-lükdən yuxarıda olduğu üçün Araz millinin bütün oyunlarında çıxış etməli idi. Avropa Birliyi vətəndaşları üçün isə belə bir məhdudiyyət yoxdur. Bu qaydalar İngiltərənin bütün yaş qrupu üzrə çempionatlarına aiddir. Onun üçün edilib ki, yerli oyunçulara daha çox güvənilsin. Çünki çox oyunçu İngiltərədə oynamaq istəyir.


- Yəqin ki, icarəyə verildiyi "Panionios"a keçidində də sizin rolunuz olub. Niyə ordan 6 aydan sonra qayıtdı?

- Araza qalmaq təklif olunmuşdu. O, "Olimpiakos" və ya "Panatinaikos"da asanlıqla oynaya bilərdi. Ancaq Araz Azərbaycana qayıtmağı seçdi. Çünki "Neftçi"dən yaxşı təklif almışdı.


- Bəs "Neftçi" "Everton"a bunun üçün pul ödədi?

- Yox. "Everton" klubun yetirməsi olduğu üçün Arazı "Neftçi"yə pulsuz buraxdı.


- Yeri gəlmişkən, o, Türkiyədəki yoxlama oyununda yeni klubu "Qəbələ" ilə Makedoniyanın "Şkendiya" klubuna cərimə zərbəsindən qol vurub.

- O, makedonlara bu qolu indi yox, iyulda - "Neftçi" Avropa Liqasında bu komanda ilə oynayanda vurmalı idi.


- Yunanıstan Super Liqası klubunda Amit Quluzadə adında azərbaycanlı futbolçu da var. Bilirsiniz?

- Bəli. "Larisa" klubunda çıxış edir. Onun haqda məlumatım odur ki, qısa müddət Türkiyədə çıxış edib.


- İnternetdən əldə etdiyim məlumata görə, siz "Neftçi"yə rumıniyalı hücumçu, sonradan azarkeşi vurduğu üçün qovulan Ketelin Tireni gətirmisiniz. Başqa hansı müştəriniz Azərbaycanda çıxış edir?

- Venesuelalı yarımmüdafiəçi Edson Kastilyo da mənim oyunçumdur. Onu da "Neftçi"yə mən gətirmişəm.


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

Facebookdan bizi izləməyi unutmayın.
X