"Neftçi" hücumçu sarıdan problemlərini hələ də düzəldə bilməyib. Baş məşqçi Elxan Abdullayev "Qarabağ"la yanvarın 29-dakı oyuna kimi hücumçu transfer edəcəklərini açıqlayıb.
Fanat.Az qaynarinfo.az-a istinadən xəbər verir ki, "Neftçi"nin almaq istədiyi hücumçu Türkiyənin "Qaziantep Böyükşəhər Bələdiyyəspor" klubunun futbolçusu Nemanya Koyiçdir. 26 yaşlı serbiyalı hücumçu ölkəsində "Rad" və "Partizan" klublarının şərəfini qoruyub. O, 2015-ci ildən Türkiyənin I dəstəsində çıxış edir. O, ötən mövsüm 29 oyuna 9 qol, bu mövsüm isə 16 oyuna 3 qol vurub.
"Neftçi"nin birbaşa müqaviləyə çağırdığı digər futbolçu isə Cənubi Amerikadandır. Həmin futbolçunun ad-familiyasını dəqiqləşdirə bilmədik. Böyük ehtimalla, o, Braziliyadandır.
Qeyd edək ki, Azərbaycanda qış transfer pəncərəsi yanvarın 31-də başa çatacaq.
Fanat.Az