Birinci Divizion təmsilçisi “Səbail” bu gün Antalyada son sınaq matçına çıxıb. Fanat.Az xəbər verir ki, bakılılar Macarıstanın aşağı liqa klubu "Szeged"lə üz-üzə gəlib.
“Arcadia Hotel”in stadionunda reallaşan görüşdə həmyerlilərimiz 2:1 hesablı qələbəyə sevinib. Azərbaycan komandasının qollarına Ramazan Abbasov və Orxan Səfiyaroğlu imza atıb.
"Səbail" yanvarın 28-də Antalya toplanışını başa çatdıracaq və Azərbaycana qayıdacaq.
Fanat.Az