Fanat.Az-ın oxucularının yaxşı tanıdığı qaqalar yenə Mıdının çayxanasındaydı. Devalvasiyadan, banklara olan kredit borclarından danışdılar, dodaqları quruyanda xoruzquyruğu çaydan hərəyə bir qurtum vurub yenə dərdləşdilər. Bu minvalla yenə gəlib çıxdılar başıbəlalı Azərbaycan futboluna.
- ... Seyid Lazım Ağanın cəddi haqqı,qaqa, hamısın qatdıyıf qoydum civimə. Özünə də dedim ki, mənim saa borcum zadım yoxdu... Camaata mən atıram, bu dılğır da indi guya maa atmağ istiyirmiş dana...
- Başın burax e, qaqa. Oyuna gedəssən mənnən?
- Haraynan oynuyur “Qarabağ” ?
- Şeynən... “Barselona”ynan.
- Məzələnirsən?
- Səysən,ə? Haraynan oynuyajax? Çempiyanat başdıyır dana. “Neftçi”ynən oynuyajaxlar.
- Bə deyirdin, “Neftçi” ta yoxdu?
- Olmağına gənə yoxdu. Amma belə də götürəndə var. Oyunçu zad alıflar təzə.
- Xeyri yoxdu, doldurajaxlar! Özdə birinci topu Roynaldo vurajax!
- Kim vurajax?
- 9 nömrə dana. O nakolkalı gədəni deyirəm. Qarışdırram e həmişə. Reynaldo e, Reynaldo!
- Yaxşı görəh!
- Baxarsan indi!
- Reynaldo getdi.
- Hara getdi,ə?
- Satdılar dana. Çıxdı getdi.
- Həqqi deyirsən?
- Sən öl. “Adanaspor”a satdılar.
- Qurban neçiyə verdi onu?
- Orasın bilmirəm, amma getdi.
- Onda o biri vurajax siftəni. Qara gədə var e, təzə aldıxları. Keçəl gədə...
- Kim vurur vursun, udax. Əsas udmaxdı.
- Qaqa, o gün Xəlilin oğlu Eliş deyirdi ki, oyunu satajaxlar. Düz deyir?
- Kim satajax?
- Nəmm, Eliş deyirdi.
- Eliş qələt eliyir. “Qarabağ” heylə hərəkət eləməz. İndiyə qədər görmüsən oyun satdıxların?
- Yalan dəərəm.
- Eliş zapçast satmaxdan hər şeyi heylə bilir elə. Özü də o maa pul boşdudu. Düz 4 aydı 35 maatımı vermir.
- Sən öl gedəh. Sənnən gedəndə maraxlı olur.
- Xəbərin var, Prosineçki də az qala gedəjəydi, buraxmadılar!
- Prosneçka hasıdı?
- Ə baş məşqçi yoxdu? Yığmadakı...
- Hə o qırmızısifət, hirsdi...
- Ay sağ ol. Qaşmağ istiyirdi, fırrada bilmədi. AFFA pul istədi. “Bursaspor”da vermədi.
- Nə qədər istədi?
- 2 milyon.
- Manat?
- Avro!
- Deyirəm , qaqa, sən mənim canım buların söhbətdərinə bax dana. Milyon nədi ə? Adamı qaşınma tutur e pramoy. Pəhhh... Pula bax e... Onun içinnən çox demirəm iyirmicə dənə yüzdüh çəkif, civimə qoysalar, ölənə qədər qaçaram e polyada.
- Ə səni heş pulsuz da oynasan, heş yerə götürməzdər. Ona baxxx, pul adı gələn kimi, gədənin dodağı səyridi e. Yavaş ol, səpərsən.
- Qaqa, “Qarabağ” Cavadovu niyə qaytarmır? O gün saytdan uşaxlardan hansısa oxuyurdu. Hələ klub tapa bilmiyiv özünə.
- Cavadovun kitavı bağlanıv uje. Heç onu “Neftçi” istəmir... Gör gədə özün nə günə qoydu dana... Ay daa, sən öl kişi məni mələdəjəh. Qaz balonu alajaydım evə. 4 saatdı oturmuşux, ağzımız da qızışıf. Ə dur ə, dur, getdih... Mıdı, yaz mənim adıma, maaşda verəjəm.
Fanat.Az