“Neftçi”də Müşahidə Şurasının növbəti iclası keçirilib. Fanat.Az “ağ-qaralar”ın rəsmi saytına istinadən xəbər verir ki, klubun inzibati binasında baş tutan tədbirdə bir sıra qərarlar qəbul edilib.
1. İclasda "Neftçi”nin icraçı direktoru Orxan Hüseynzadə və əsas komandanın baş məşqçisi Elxan Abdullayev komandanın Antalya şəhərindəki hazırlığı və bu dövrdə klubun həyata keçirdiyi transfer siyasəti barədə hesabat təqdim ediblər.
2. “Neftçi”nin icraçı direktorunun maliyyə məsələləri üzrə müavini Elnur Eyvazov klubun hazırki maliyyə durumu barədə hesabat verib və xərclərin optimallaşdırılması ilə bağlı hazırlanmış planı təqdim edib.
3. İclasda “Neftçi”nin İ.Qayıbov adına təlim-məşq bazasında aparılan tikinti işləri haqqında ətraflı məlumat verilib və klubun 80 illik yubileyini qeyd etdiyi cari ilin sonuna kimi tikinti işlərinin yekunlaşmasının vacibliyi vurğulanıb.
Fanat.Az