"Birlik Kuboku" Azərbaycanda keçrilə bilər. Fanat.Az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının baş nazirinin müavini və Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko açıqlama verib.
RFİ rəhbəri bildirib ki, AFFA rəhbərliyinin bununla bağlı təklifləri var: "Birlik Kuboku"nun Azərbaycanda keçirilməsi variantı da mümkündü. AFFA-dan olan həmkarlarımızın həm kommersiya, həm təşkilatı baxımdan çox maraqlı təklifi var. Futbola və idmana maraq hazırda Azərbaycanda çox yüksək səviyyədədi”.
Qeyd edək ki, "Birlik Kuboku"nun bərpası məsələsi bir neçə gün əvvəl gündəmə gəlib. RFİ bu ideyanı hətta UEFA-nın prezidenti Aleksandr Çeferinlə də müzakirə edib. Məqsəd turnin mükafat fondunu artırmaq və böyük klubları yarışa cəlb etməkdi.
“Birlik kuboku” 1993-2011-ci illərdə MDB və Baltikyanı ölkələrin çempionları arasında keçirilib. Azərbaycan klubları 3 dəfə “Birlik kuboku”nun qalibi adını qazanıb. 2006-cı ildə “Neftçi”, 2008-ci ildə “Xəzər Lənkəran”, 2011-ci ildə isə “İnter” yarışda birinci olub. 2012-2015-ci illərdə isə turnirdə U-21 yığmaları mübarizə aparıb.
Fanat.Az