20:10 28.01.2017 609

"Süpürgəçinin də məni qınamağa haqqı var" - Şahin Diniyev

“Danışmağa söz tapmıram. Fikirləşirəm ki, jurnalistər nə desələr, haqlıdılar”. Fanat.Az xəbər verir ki, bu sözlər “Kəpəz”in baş məşqçisi Şahin Diniyevə məxsusdu.

 

Azərbaycan Premyer Liqasında qış fasiləsindən sonrakı ilk matçda “İnter”in qonağı olan gəncəlilər böyükhesablı yenilgiyə (1:4) düçar olublar.

 

Matçdan sonra keçirilən mətbuat konfransında Diniyevin məğlubiyyət şərhi belə olub: “Kəpəz” ən zəif oyununu oynadı. Bu gün müdafiə çox bərbad idi. Digər mövqelər də onun kimi. Həqiqətən də, ağırdı. “Kəpəz”də olduğum müddətdə belə məğlubiyyət almamışdım. Amma irəli baxmaq lazımdı. Qapımıza tərəf gələn hər topda təhlükə yaranırsa, ümidli bir şey demirəm. Ola bilər ki, mənim də səhvim olub. 1-2 gün gecikmişəm, ya da tələsmişəm. Futbolçular pis oynayırsa, günah məndədi. İkinci hissədə meydanda başqa komanda var idi. Azarkeşlərdən üzr istəyirəm. Bu durumdan çıxmaq üçün çalışmalı, çarpışmalıyıq”.

 

- İlk oyundan görünür ki, ölkə xaricində toplanış keçməmək, transfer etməmək öz təsirini göstərəcək…

- Bu, məşqçi üçün ən yaxşı səbəbdi. Mən bunu qəbul etmirəm. Düzdü, bəzi məqamlar var. Amma harda yox, necə məşq keçmək vacibdi. Səbəbi özündə axtarmasan, bunu tapa bilməyəcəksən. Hakimdə, havada axtarmaq lazım deyil. Reallığı qəbul etmək lazımdı.

 

- Mövsümün sonu ilə bağlı nəyə ümid edirsiz?

- Ümid sonda ölür. Biz sona qədər vuruşacağıq. Futbolda nə çox kədərlənmək, nə də çox sevinmək lazımdı. Bugünkü oyun faciədi. İçimdə başqa hisslər var. Ehtiraslara yox, ağla üstünlük verməliyəm. Bu durumdan çıxmaq üçün bir olmalıyıq. Təzyiqlər, narazılıqlar ola bilər. Bunda da haqlıdılar. Sakit, başımızı aşağı salıb işləməliyik. Buraxdığımız qol bizi “sındırdı”. Deməli, psixoloji problemlər var.

 

- Rasim Ramaldanov, Vaqif Cavadov kimi boşda oyunçular var. Büdcəniz onları da gətirməyə imkan vermir?

- Biz onlara 300-500 manat maaş verə bilmirik. Büdcəmiz ortadadı. Çox istərdim ki, Namiq Ələsgərovu qaytaraq. Amma “Neftçi”nin şərtləri qarşısında bizimki aciz idi. Gəncə futbolu hazırda olduğu durumdadı. Ümid edək ki, gələcəkdə yaxşı olar. Bilirəm ki, olan budu. Bununla da vuruşmalıyıq.

 

- Bəzi oyunçuların mövqelərində dəyişiklik edilmişdi. Bu nə ilə bağlıdı?

- İki mərkəz müdafiəçimiz yox idi. Üstəlik, Dario gec qoşulub. Şəhriyar Əliyevin xəstələnməsi, Renanın cəzalı olması bizi çətin duruma saldı, başqa variant qalmadı. 3 futbolçumuzun olmaması bizi bu dəyişikliklərə vadar etdi.

 

- Rəhbərliyin bugünkü oyuna görə sizi qınamağa haqqı varmı?

- Əlbəttə. Hətta süpürgəçinin də haqqı var. Futbol üçün göstərdiyimiz oyun cinayətdi. Bəlkə də, yüklənmə oldu, komanda getdikcə düzələcək. Bəlkələr çoxdu. Mən də rəhbərlik olsam, narazı qalaram.

 

- Darionu Ebahın yox, başqa oyunçunun yerinə meydana buraxa bilməzdiniz?

- Faktla götürsək, hücumçunun meydanda qalmağı yaxşıdı. Amma Ebah aldığı 12 topdan 10-nu itirmişdi. Saya yox, keyfiyyətə üstünlük verməliyik. Taktiki səhv deyil. Sırf Ebahın oyununun alınması məni bu dəyişikliyə vadar etdi.

 

- “Kəpəz”in hər məğlubiyyətindən sonra azarkeşlər məşqçini istefaya çağırılar. Bundan qorxmadınız?

- Xeyr, qorxmadım. Əslində olmalı idi. Bugünkü oyuna görə istefaya səsləmələri normaldı. Futbolçunu yox, məşqçini istefaya səsləyərlər. Bugünkü oyuna görə də istefaya səsləməsələr, buna pis baxaram. (apasport.az)


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

Facebookdan bizi izləməyi unutmayın.
X