“Qəbələ” klubu növbəti transferə hazırlaşır. Fanat.Az xəbər verir ki, bu barədə qol.az-a klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib.
Klub rəsmisinin sözlərinə görə, qış transfer pəncərəsinin bağlanmasına qədər bir hücumçu almağa çalışacaqlar. O bildirib ki, xaricdən hücumçu transfer etmək üçün müraciətləri olub: “Hazırda danışıqlar gedir. Yanvar 30-na qədər vaxtımız var. Çalışacağıq o vaxta qədər oyunçu alaq”.
S.Səfiyarlı danışıqlar apardıqları futbolçularla bağlı açıqlama verməyib.
Fanat.Az