Topaz Premyer Liqasında XV tura yekun vurulub. Fanat.Az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.
Əvvəlcə meydana “Zirə” və AZAL çıxıb. Bu görüş Ayxan Abbasovun “Zirə”nin baş məşqçisi kimi ilk rəsmi oyunu olub. Gənc çalışdırıcı debüt oyununda qələbə qazanıb - 2:1. Hesabı 11-ci dəqiqədə "Zirə"dən Sezar Meza Kolli açıb. O, 29-cu dəqiqədə dublunu rəsmiləşdirib. Rəşad Abdullayevin 50-ci dəqiqədə vurduğu qol frqi azaltsa da, AZAL-ın bundan artığına gücü çatmayıb.
Tura əzəli rəqiblərin - “Qarabağ”la “Neftçi”nin dueli ilə yekun vurulub. Qış fasiləsinə ilk pillədə yollanan Ağdam klubu cari mövsümdə “ağ-qaralar”la keçirdiyi hər iki görüşdə qələbə qazanmışdı. Qış fasiləsində heyətinə Namiq Ələsgərov, Georgi Navalovski, Zdenek Folprext, İqnasio Errera, Kirill Petrov, Pavel Dreksa, Ruslan Abışov və Hüqo Barqası qatan "Neftçi" bu məğlubiyyətlərin əvəzini çıxmaq, uğursuzluğa son qoymaq niyyətində idi. Matça fəal başlayan "Neftçi" 13-cü dəqiqədə Cavid İmamverdiyevin qoluna sevinib. "Qarabağ" buna Dino Ndlovunun 73-cü dəqiqədə vurduğu penalti qolu ilə cavab verib. Bundan sonra oyunda qol vurulmayıb və tərəflər hərəyə bir xal qazanıb.
Qeyd edək ki, turun iki oyunu dünən keçrilib. "Qəbələ" "Sumqayıt"la "sülh" bağlayıb, "İnter" "Kəpəz"i məğlub edib (4:1).
Premyer Liqa
2016/17 mövsümü
III dövrə, XV tur
29 yanvar
Zirə - AZAL 2:1
Qollar: Sezar Meza Kolli, 11; 29 - Rəşad Abdullayev, 50.
Zirə: 1. Anar Nəzirov, 6. Vüqar Mustafayev, 8. Milan Duriç, 10. Elvin Məmmədov (k), 16. Akim Latifu, 19. Nurlan Novruzov, 20. Sezar Meza Kolli, 23. Yovan Krneta, 28. Təmkin Xəlilzadə, 39. Sadiq Quliyev, 44. Migel Lorenso,
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 11. Viktor İbekoyi, 13. Aleksandr Şemonayev, 17. Vüsal İsgəndərli, 21. Murad Səttarlı, 92. Cavid Tağıyev, 96. Elgün Nəbiyev.
Baş məşqçi: Ayxan Abbasov.
AZAL: 23. Aqil Məmmədov, 3. Tural Hümbətov, 5. Kamil Hüseynov, 7. Kamal Mirzəyev, 8. Sadio Tounkara, 9. Röyal Nəcəfov, 14. İlqar Ələkbərov, 17. Eltun Hüseynov, 18. Ruslan Əmircanov, 24. Emin Cəfərquliyev (k), 27. Rəşad Abdullayev.
Ehtiyat oyunçular: 1. Tərlan Qasımzadə, 2. Elşad Manafov, 10. Nuqzar Kvirtiya, 19. Elnur Süleymanov, 37. Fərid Abbaslı, 77. Arkadi Qalperin, 95. Şirməmməd Məmmədov.
Baş məşqçi: Tərlan Əhmədov.
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Mübariz Haşımov, Vüsal Qənbərov.
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Murad Məmmədov.
Zirə İdman Kompleksinin stadionu.
Qarabağ - Neftçi 1:1
Qollar: Dino Ndlovu, 73-pen - Cavid İmamverdiyev, 13.
Qarabağ: 12. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Dino Ndlovu, 8. Markos Madera, 14. Rəşad Sadıqov (k), 15. Rahid Əmirquliyev, 25. Ansi Aqolli, 44. Ağabala Ramazanov, 55. Bədavi Hüseynov, 99. Dani Kintana.
Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 10. Muarem Muarem, 11. Mahir Mədətov, 18. İlqar Qurbanov, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə.
Baş məşqçi: Qurban Qurbanov.
Neftçi: 33. Boban Baykoviç, 6. Pavel Dreksa, 8. Zdenek Folprext, 10. Cavid İmamverdiyev, 11. İqnasio Herrera, 15. Ruslan Abışov (k), 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 25. Kiril Petrov, 27. Məqsəd İsayev, 29. Georgi Navalovski.
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 3. Jayro Rodriges, 13. Murad Ağayev, 22. Mahir Şükürov, 23. Tərzin Cahangirov, 26. Kamal Qurbanov.
Baş məşqçi: Elxan Abdullayev.
Hakimlər: Ramil Diniyev, Vaqif Musayev, Mehman Mahmudov, Coşqun Həsənov.
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Xaqani Məmmədov.
Suraxanı qəsəbə stadionu.
№ | Klub | O | Q | H/H | M | T/F | X |
1 | Qarabağ | 15 | 10 | 3 | 2 | 27:7 | 33 |
2 | Qəbələ | 15 | 9 | 5 | 1 | 31:8 | 32 |
3 | İnter | 15 | 7 | 7 | 1 | 25:13 | 28 |
4 | Sumqayıt | 15 | 4 | 6 | 5 | 14:19 | 18 |
5 | Zirə | 15 | 5 | 3 | 7 | 13:16 | 18 |
6 | Kəpəz | 15 | 3 | 6 | 6 | 11:17 | 15 |
7 | Neftçi | 15 | 3 | 1 | 11 | 10:31 | 10 |
8 | AZAL | 15 | 1 | 5 | 9 | 7:27 | 8 |
Bombardirlər | Filip Ozobiç (Qəbələ), Baqali Dabo (Qəbələ) - 7. |
Fanat.Az