“Qəbələ” növbəti transferi gerçəkləşdirib. Fanat.Az xəbər verir ki, isveçrəli hücumçu Daniel Subotiçlə bu mövsümün sonuna qədər müqavilə imzalanıb.
Klubun meneceri Zaur Əzizov qol.az-a açıqlamasında məlumatı təsdiqləyib.
Qeyd edək ki, Subotiç 2013/14 mövsümündə də “Qəbələ”də oynayıb. Həmin vaxt 35 rəsmi oyuna çıxan futbolçu 13 qol vurub. "Qəbələ"dən Küveytin "Əl-Qadsiya" klubuna keçən Subotiç karyerasının ən böyük uğurlarına imza atıb. Belə ki, Küveyt çempionluğunu, ölkə kubokunu və Asiya Futbol Konfederasiyasının Kubokunu (AFC Cup) qazanıb. 2015-ci ildən Moldovanın "Şerif" klubunda forma geyinən Daniel ötən mövsüm çempionluğu bayram edib və 12 qolla ölkə çempionatının bombardiri olub.
Fanat.Az