20:27 29.01.2017 603

"Məndən hörmətsizlik görübsə..." - Qurban Qurbanov

“Neftçi” bu gün çox yaxşı oynadı. Ağır olsa da, hamı üçün maraqlı oyun keçdi”. Fanat.Az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Azərbaycan Premyer Liqasının XV turunda “Neftçi”ni qəbul edən ağdamlılar ikinci hissədə vurduqları qol sayəsində məğlubiyyətdən qaçıblar və 1 xalla kifayətləniblər.

 

Qurbanov qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bu sözlərlə davam etdirib: “Rəqibin bir neçə oyununa baxmışdıq. Hiss edirdik ki, bizə çətin olacaq. Yaxşı müdafiə olunurlar. Öz oyunçularıma gəlincə, nöqsanları oldu. Amma buna görə irad bildirməyə dəyməz. Çünki hələ formadan uzaqdılar. Yaxın günlərdə formaya düşəcəklər. Xallarımızın üzərinə daha 1 xal gəldi. Bundan sonrakı matçlara həddindən artıq diqqətli hazırlaşmalıyıq.

 

- Riçard Almeydanın da adı “Adanaspor”la hallanır…

- Xeyr, belə bir şey yoxdu.

 

- “Qarabağ” sonuncu dəfə nə vaxt rəqibin pressinqindən əziyyət çəkib?

- Həqiqətən də, bir neçə komandanı çıxmaq şərti ilə bu cür pressinq edən komanda olmamışdı. “Qəbələ” də belə pressinq edir. “Neftçi” ilk dəqiqələrdə bizim tərəfimizdə pressinq edirdi. Amma ikinci hissədə meydanın özünə aid hissəsində pressinq edirdi. Belə olduqda futbolçuların da düşünmək qabiliyyəti artır. Gərgin oyun olduğu üçün şadam. Keçən il Avroliqada 12 oyun keçirdik, təqvim sıx idi. Komandalar get-gedə pressinq üslubundan istifadə edirlər. Bu da rəqibə çətinlik yaradır. 90 dəqiqə hücum etmək çətindi. Fikrimiz o idi ki, 15-20 dəqiqəyə pressinqdən çıxaq. Rəqib hər zonada pressinq edirdi.

 

- Qəbələdə baş tutan dünənki matçın psixoloji cəhətdən futbolçulara təsir etmədi?

- Desəm ki, yox, yanlış danışa bilərəm. Mən bu barədə düşünmürdüm. Futbolçulara da bunu deyirdim. Ola bilər ki, az da olsa oyuçularımızın fikirlərində qalmışdı. Amma oyunun gedişi göstərirdi ki, elə də çox təsir etmədi.

 

- Samuel Armenteros müsahibəsində demişdi ki, Qurban Qurbanov mənə “səni komandada görmək istəmirəm” söyləyib. Siz ona bunu demişdiniz?

- Alicənablıq göstərmək lazımdı. Mən futbolçunu komandada görmək istəmirəmsə, bunu açıq deməyim doğru olmaz. Bu, ona təsir edə bilər. Biz oyunçularımızı hörmətli şəkildə yola salmağa çalışırıq. Sadəcə, oyunçulara deyirik ki, sənin oynamaq şansın çoxdu və ya azdı. Ağ yalan kimi qeyd etmişdilər. Yalanın bilmirəm, ağı və ya qarası olurmu? Armenteros məndən bu qədər hörmətsizlik görübsə, bir şey deyə bilmərəm. Armenterosun oynamadığı vaxtlar olub. Amma bu, onun zəif oyunçu olmağından qaynaqlanmır.

 

- Almeydanın yoxluğu bu gün oyununuza nə dərəcədə təsir etdi?

- Almeyda komandanın əsas üzvüdü. İllərdi əsas heyətdə çıxış edir. Birdən-birə onun yoxluğu təsir edir. Amma onsuz da qalib gəldiyimiz oyunlar olub. Təbii ki, hansısa oyunçunun komandadan uzaq düşməsi xoş deyil. İstərdim ki, Almeyda bu gün meydanda olsun.(apasport.az)


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

Facebookdan bizi izləməyi unutmayın.
X