09:08 30.01.2017 882

"Əlbəttə, Xaqani hakimlərin daha irəli getdiyini deyəcək"- MÜSAHİBƏ

8 komandalı çempionatı mövsümün yekununda kimin tərk edəcəyi böyük maraq doğurur. Bəs elitaya hansı komandalar yüksələcək? I divizionda ilk iki yeri tutanlar, yoxsa, AFFA-nın Premyer Liqada görmək istədiyi klublar? Əslində PFL prezidenti Ramin Musayevə veriləcək suallar daha çox idi. Ona görə də hakimlərin Antalya toplanışının son günündə futbol qurumunun başqanıyla söhbətləşməyə qərar verdik.


- Klublarımızın qış hazırlığı çərçivəsində keçirdiyi oyunlara baxdız?

- Xeyr.


- Səbəb?

- Səbəb o idi ki, bəzi klubların rəsmiləri məni oyununda görəndə “görəsən müəllim bura niyə gəlib” düşünür. Mətbuat vasitəsiylə transferlərdən, başqa yeniliklərdən xəbər tuturam. Ehtiyac duymadım.


- Media mənsublarını və futbol ictimaiyyətinin digər nümayəndələrini düşündürən Premyer Liqadakı komandaların sayı və yekundakı mənzərədi. Böyük ehtimalla, AZAL sonuncu yerdən qurtulmayacaq. Autsayder mövqeyində qalsa, elitadan düşəcək?

- İstər AZAL olsun, istər başqası... Yəni aşağı liqadan elitaya qalxmağı haqq edənlər olsa, məlum tələblərə cavab versələr, lazım olan say düzəlsə, Premyer Liqanın sonuncusu elitanı tərk edəcək.


- Bəs “təyyarəçilər” “Neftçi”dən önə keçsə necə?

- Kim olur, olsun. Heç bir fərqi yoxdu.


- Anladım. Son dönəmlərdə aşağı liqa klublarının çoxu elitaya buraxılmır və kifayət qədər standart səbəb əsas gətirilir: filan klub lisenziyalaşdırmanın şərtlərinə cavab vermədi.

- Bəli, elədi.


- Hazırda I divizionda həmin tələblərin öhdəsindən gələcək klub var?

- Standart səbəbi gözəl vurğuladız. Belə deyək, “Neftçala” iki mövsüm çempion olursa, klubun sponsoru elitaya gəlməsini istəmirsə, lazımi sənədlər hazırlanmırsa, AFFA-nın, PFL-in nə günahı var? Razılaşaq ki, hazırda aşağı liqadakı mübarizə ötən mövsümdəkindən daha maraqlıdı. Allahdan arzu edirəm ki, sponsorların vəziyyəti daha da yaxşılaşsın, həvəslə mübarizə aparan komandalar qanuni şəkildə Premyer Liqaya yüksəlsin. Onda mənim də dilim AFFA rəhbərliyi qarşısında uzun olar. 10 yox, 12 komandalı çempionat keçirilməsiylə bağlı məsələ qaldıraram. Dediyim kimi, reallıqla hesablaşmaq lazımdı.  Mənə jurnalistlərin biri “Xəzər Lənkəran”la bağlı sual verdi. Lənkəran təmsilçisi fəaliyyətini bərpa edəcəyi halda, qaydalara əsasən aşağı liqadan başlamalıdı. Ancaq mən “Xəzər Lənkəran”ın birbaşa elitada mübarizəyə qoşulmasını istəyərəm. Düzdü, burda qanun pozuntusu var. Ancaq altından imzamı da ataram. Çünki “Xəzər Lənkəran” çempionatın gülüdü.


- “Xəzər Lənkəran”sız çempionat sonası uçmuş gölə bənzəyirmi?

- Üzür... Amma sakit-sakit... Əvvəlki kimi qanadlarını açıb süzmür. Əvvəllər “Neftçi” - “Xəzər Lənkəran” oyunlarından zövq alırdıq. İndi “Neftçi” də əvvəlki deyil. Zəifdi. Bu il “Qəbələ” və “Qarabağ”dı. Təbii ki, yaxşı komandaların sayı çox olsa, mübarizə canlanar.


- Qışa qədərki oyunlar arasında sizi ən çox həyəcanlandıran hansı oldu?

- “Qəbələ” və “Neftçi” arasında baş tutan, “Neftçi”nin 0:8 hesabıyla uduzduğu oyun. 8 cavabsız qol məni çox həyəcanlandırdı.


- Bəs bəyəndiyiniz? Avrokubok matçları da daxil olmaqla...

- Hə. Avroliqadan söhbət gedirsə, elə bərk həyəcanlandığım oyunlar da çox olub. Amma bəyənməyə qalsa... “Qəbələ” – “Lill” qarşılaşmasını fərqləndirirəm. 1:0 hesablı qələbəni.


- Hakim idarəçiliyiylə bağlı narazılıqlar tez-tez olur. PFL prezidenti belə hallarda kimin tərəfindədi? Klubların yoxsa, hakimlərin?

- Mən düzün tərəfindəyəm. Klubların mövqeyini qorumalıyam. Yaxşı,bəs klub səhv mövqedədisə, onun tərəfini necə tutum? Bəs haqq hara getsin? Haqqın tərəfindəyəm.


- Adətən hansı tərəf düz olur?

- Müxtəlif vaxtlarda müxtəlif tərəflər. Onlarla misal göstərə bilərəm.


- Üstündən xeyli vaxt keçib. Məlum “Qarabağ” – “Qəbələ” matçıyla bağlı söz-söhbəti yada salaq. O oyunda hakim haqlıydı?

- Bu suala yüz dəfə cavab vermişəm. O dünyada soruşsalar belə, fikrim dəyişməyəcək: hakim haqlıydı və hər şey göz qabağındaydı. Əksini deyən insanla istənilən verilişdə üz-üzə gəlməyə hazıram. Buyursun, sübuta yetirsin, əsaslandırsın. Özünüz də hakimlərin o oyunla bağlı apardığı təhlili görmüsüz, bu toplanışdakı dərslərdə iştirak etmisiz. Hakimin meydandakı mövqeyi düzdüsə, epizoda yaxındısa, birmənalı şəkildə inanmaq lazımdı. O vaxtlar getdi... daha o dövran deyil ki, hakimi nəyəsə məcbur edələr, gördüyü halda məqsədli şəkildə özünü görməməzliyə vura.


- Bu sualı Hakimlər Komitəsinin sədri Xaqani Məmmədova da vermişəm. Sizcə, inkişaf baxımından klublarımız öndədi, yoxsa hakimlərimiz?

- Xaqani sözsüz ki, hakimlərin irəli getdiyini deyəcək. Mən əksini düşünürəm. Klublarımız öndədi. Xaqaninin müsahibəsindən də xəbərim var. Deyib ki, klublarımız legionerlərin hesabına Avroliqanın qrupuna düşür. Dünyada elə bir dövlət varmı ki, onun klublarında legioner olmasın? Razıyam, Əliyar Ağayevin 1-ci kateqoriyalı hakimlər sırasına düşməsi də böyük uğurdu. İstəyərəm ki, bir yox, 4 referimiz o səviyyəyə layiq görülsün. Nə qədər çox olsa, başımızın ucalığıdı. Amma klublarımızın əziyyətini yerə vurmaq düzgün deyil. Klub futbolunu legionerlərsiz təsəvvür etmirəm. Ölkə çempionatlarında yalnız yerlilər oynasa, səviyyə aşağı düşər.


- Mövsümün sonunda legioner limitinin dəyişilməsi ehtimalı varmı?

- Xeyr. Olduğu kimi qalacaq.


- Növbəti “futbol ili”ndə Premyer Liqada neçə komanda oynayacaq?

- 10. Mən isə 12 olmasını istəyərdim. MOİK, “Şəmkir”, “Tovuz”, “Zaqatala” elitada oynamaqda maraqlıdı. Elə “Səbail”i, “İmişli”ni də deyə bilərəm. Görək çempionatın sonunda adıçəkilənlərdən hansının maddi durumu arzularıyla üst-üstə düşəcək.


- Rusiya, Bolqarıstan və bir sıra başqa ölkələrdə ordu klubları güclülərdən sayılıb. Bizim MOİK-in ayağa qalxmasının vaxtı çatmayıbmı?

- Müharibə şəraitində olan ölkəyik. Dövlət daha çox ordunun özünə diqqət ayırır. Əslində digər idman növlərində kifayət qədər ciddi nailiyyətləri var. Allah qoysa, MOİK futbolda da sözünü deyər.  Torpaqlarımızı geri qaytaraq, ondan sonra Müdafiə Nazirliyinin futbol klubuna daha böyük diqqət ayıracağına inanıram.


Əli Sahib, Antalya - Bakı

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

11 May 2025
01:50

İspaniya La Liqası: "Atletiko" qələbəni darmadağınla qazandı

00:53

Türkiyə Super Liqası: "Qalatasaray" rəqib meydanında coşdu

10 May 2025
23:56

İPL: “Mançester Siti” "Sauthempton"la bacarmadı

23:11

İki komandanın Bundesliqanı tərk etməsi dəqiqləşdi

22:30

"Azarkeşlərimizin qarşısında utanırıq"- Kurban Berdiyev

22:06

"Hədəfi qalmayan komandanın futbolçularına motivasiya vermək çox çətindir" - Samir Abasov

21:45

"İmişli" klubu bəyanat yaydı

21:23

MPL: "Zirə" də səfərdə sevindi, "Neftçi" də

20:48

Rəşad Sadıqov "Səbail"ə qalib gəldikləri oyunu belə dəyərləndirdi

20:24

"Xoşbəxtəm, "B" kateqoriyam ola-ola, ağır yükü mənə verdilər" - Elvin Məmmədov

19:55

Renat Dadaşov oynadı, komandası qələbə həsrətinə son qoydu

19:20

Dadaşova Gürcüstanda medal qazandı

18:51

Bakıda “Zəfər Kuboku” başladı

18:20

Arne Slot Aleksandr-Arnolda əvəzləyici tapdı

17:56

"Sumqayıt" "Kəpəz"lə oyuna itkilərlə çıxacaq - AÇIQLAMA

17:13

Avropa kuboku: İlk gündə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıldı

16:47

Səlcuk İnan klubsuz qaldı

16:22

Azərbaycan liqalarında “Ayın qolu”nun qalibləri müəyyənləşdi

15:56

“Belarusla ikinci oyunumuz da çətin olacaq” – Azərbaycan millisinin üzvü

15:05

"Kəpəz"in yeni rəhbərliyi bilindi -RƏSMİ

14:49

"Yuventus" Osimheni bu qiymətə aparır - MƏBLƏĞ

14:00

MY 39 yaşlı qapıçıya müqavilə təklif etdi

13:31

PSJ-nin prezidenti klubun 600 işçisinə məktub göndərdi - Mükafatlandırılacaqlar

12:50

İngiltərə Premyer Liqasında ayın ən yaxşı məşqçisi bilindi

12:24

ABL: "Neftçi" - "Sabah" oyununun vaxtı bilindi

11:55

“Biləndə ki, Heydər Əliyev oyuna baxmağa gələcək, gücümüz ikiqat artırdı" - VİDEO

11:16

Azərbaycan millisinin heyəti müəyyənləşdi

10:48

Fabreqas İtaliyada bu mükafatı qazandı

10:23

"Əl-Nəsr" Ronaldu ilə yolları ayırır - SON DURUM

09:30

Qvardiola Xabi Alonsonun "Bayer"dən ayrılmaq qərarına münasibət bildirdi

00:48

İtaliya A Seriyası: "Milan" inamlı qələbəyə sevindi

00:35

Almaniya Bundesliqası: "Hoffenhaym" "canavar yuvası"ndan xalla qayıtdı

09 May 2025
23:43

Rişarlison "Tottenhem"i digər İngiltərə klubuna dəyişmək üzrədir

23:10

"Ümid edirəm ki, biz bunu bacaracağıq" - "Tottenhem"in hücumçusu

22:38

"Oyundan məmnunam" - Vasili Berezutski

22:23

Mahirə hədiyyə verdilər, komandası... - FOTO

22:19

"Ayıbdır" - Ayxan Abbasov

21:45

Yamal İngiltərədə oynamaq istədiyi iki yerin adını çəkdi

21:14

"O zərbə qola çevrilsəydi, "İmişli"ni öz meydanımızda da məğlub edəcəkdik" - Füzuli Məmmədov

20:55

MPL: "Sabah" "Şamaxı" üzərində inamlı qələbə qazandı

Facebookdan bizi izləməyi unutmayın.
X