“Əlbəttə, oyuna köklənmişdik. Qələbə qazanmaq istəyirdik. Ancaq “Neftçi” də heyətini gücləndirib, 3 xal üçün oynayırdı”. Bu sözləri Fanat.Az-a açıqlamasında “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev deyib.
Premyer Liqanın dünənki oyununda öz meydanında “ağ-qaralar”la bərabərə qalan (1:1) Ağdam təmsilçisinin futbolçusu məlum cəza üzündən komandasına kömək edə bilməyən Almeydanın yoxluğunu qabardıb: “Riçard oynasaydı, fərqli futbol sərgiləyərdik. Düzdü, onun yoxluğunda da əlimizdən gələni etməyə çalışdıq. Amma futbolda hər dəfə qələbə qazanmaq olmur. Bu gün üçün turnir cədvəlinin ilk pilləsindəyik və qarşıdakı oyunlarda maksimum nəticə qazanmağa çalışacağıq. Onu da deyim ki, “Qarabağ” 1-2 turdan sonra daha yaxşı formada olacaq. Toplanışdan yeni qayıtmışıq. Ola bilsin, müəyyən çatımazlıqlar var. Əsas odu ki, hədəfimiz dəyişməyib”.
Fanat.Az