AFFA İntizam Komitəsinin növbəti iclası keçrilib. Fanat.Az xəbər verir ki, komitə üzvləri Premyer Liqanın və əvəzedicilərin çempionatının XV turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
Əsas müzakirə mövzusu “Qarabağ” - “Neftçi” matçı olub. İntizam Komitəsi qarşılaşmanın 20-ci dəqiqəsində pirotexniki vasitələrdən istifadə edən “Neftçi” azarkeşlərinin hərəkətini 800 manat cərimə ilə dəyərləndirib. Görüşün 67-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Rəhman Hacıyevə simuliyasiyaya görə göstərilmiş sarı vərəqə hakim tərəfindən epizodu düzgün qiymətləndirilmədiyi səbəbindən ləğv olunub.
Oyun bitdikdən sonra müəyyən olunub ki, “Neftçi”nin azarkeşləri tərəfindən stadionun 9 oturacağı sındırılıb və yararsız vəziyyətə düşüb. Komitə dəymiş zərərə uyğun olaraq “Qarabağ”ın təqdim edəcəyi məbləğin “Neftçi” tərəfindən ödənilməsinə qərar verib.
"Sumqayıt" "Qəbələ" ilə oyunda 4 futbolçusu sarı vərəqə aldığından 800 manat cərimə edilib.
Əvəzedicilərin çempionatının “Qarabağ” - “Neftçi” matçının 13-cü dəqiqəsində meydan sahiblərindən Eltun Turabov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alıb. Futbolçu 1 oyunluq cəzalandırılıb, klub 100 manat cərimələnib.
"Kəpəz"in əvəzedici komandası isə "İnter"lə oyunda 4 futbolçusu sarı vərəqə aldığına görə 400 manat cərim olunub.
Fanat.Az