İkinci dövrənin hazırlığını doğma rayonda davam etdirən "Turan Tovuz" heyətini 4 futbolçu ilə gücləndirib.
Fanat.Az xəbər verir ki, vaxtilə "Fənərbaxça" və milli komandalarımızın şərəfini qorumuş, son olaraq "Zirə"də çıxış edən Mirkamil Haşımlı, komandanın yetirməsi, ilk dövrəni "Şərurspor"da keçirən Rəşad Orucov, "Bakılı"dan Timur Dadaşov və Mehman Behbudov mövsümün qalan hissəsində "Turan Tovuz"un uğurları üçün tər tökəcəklər.
Qeyd edək ki, Mirkamil Haşımlı bu yaxınlarda Bolqarıstan “Slaviya”sında baxışda olsa da, bəyənilməmişdi.
Fanat.Az