Futbolun obyektiv təhlil edildiyi, Azərbaycan klublarının problemlərinin birbaşa söylənildiyi "Topçu" verlişi 13-cü buraxılışıyla izləyicilərinin görüşünə gəlib.
Fanat.Az xəbər verir ki, "Kanal13" internet televiziyasında efirə gedən proqramın budəfəki qonaqları "Komanda.az" saytının baş redaktoru Rəşad Ergün və Qaynarinfo.Az saytının idman jurnalisti Səbuhi Tofiqoğlu olub.
Aparıcı Nihat Ağasoy qonaqlarla birlikdə Premyer Liqanın qış fasiləsindəki transferləri dəyərləndirməklə yanaşı, "İnter"in problemlərindən və "Qarabağ" - "Neftçi" oyunundan danışıblar.
Verlişin videoyazısını sizə təqdim edirik.
Fanat.Az