Ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq, Peşəkar Futbol Liqası Topaz Premyer Liqasının XVI turunda bəzi dəyişikliklər edib.
Fanat.Az xəbər verir ki, Topaz Premyer Liqasının XVI turunun “Kəpəz” – “Zirə” görüşü Gəncə şəhər stadionunun durumu ilə əlaqədar olaraq Zirə İdman Kompleksində baş tutacaq. Topaz Premyer Liqasının IV dövrəsinin “Zirə” – “Kəpəz” oyunu “Kəpəz” – “Zirə” görüşü kimi qeydə alınacaq.
Topaz Premyer Liqasının XVI turunun “Neftçi” – “Qəbələ” görüşü əvvəlcədən nəzərdə tutulduğu kimi 8-ci kilometr qəsəbə stadionunda deyil, Qəbələ şəhər stadionunda reallaşacaq. IV dövrənin bu komandalar arasında baş tutacaq oyunu isə “Neftçi” – “Qəbələ” oyunu kimi qeydə alınacaq.
Fanat.Az